Təmizlik işçisi onu tənqid edən çayxana sahibini qətlə yetirdi
Türkiyənin Adana şəhərinin Seyhan rayonuna bağlı Kocavezi məhəlləsində 19 may tarixində, saat 18:00 radələrində dəhşətli hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Seyhan Bələdiyyəsinin təmizlik işçisi 29 yaşlı Tolga Hiçyakmaz, etdiyi təmizliyi bəyənməyən və ona etiraz edən çayxana sahibi, 60 yaşlı Hüsamettin Gözaçık ilə mübahisəyə başlayıb.
Qısa müddət ərzində mübahisə davaya çevrilib. Münaqişə zamanı Tolga Hiçyakmaz, Hüsamettin Gözaçıkı qarın, bel və qol nahiyələrindən bıçaqlayıb. Qanlar içində yerə yıxılan Gözaçıkı hadisə yerinə çağırılan təcili yardım əməkdaşları Seyhan Dövlət Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, bir gün sonra dünyasını dəyişib.
Hadisədən sonra qaçan şübhəli, Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən evinə edilən basqınla saxlanılıb. Polis bölməsində dindirilən Tolga Hiçyakmaz ifadəsində bildirib: "Mənə davamlı söyüş söyür, etiraz edirdi. Üzərimə bıçaq çəkdi, mən də əlindən alıb onu bıçaqladım".
İlkin istintaqdan sonra məhkəməyə çıxarılan Tolga Hiçyakmaz barəsində həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı araşdırma davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1771 Tarix: 23 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdə qalsa oğurlanar dediyi qızıllarını bazarda oğurladılar - VİDEO
Türkiyənin Adana şəhərində bazara alış-verişə gedən suriyalı Meryem El Muhammed evdə oğurlanacağından ehtiyat etdiyi üçün özü ilə gəzdirdiyi 400 qram qızılı oğurlatdırıb. xəbər verir ki, Suriyadakı müharibədən qaçaraq 17 il əvvəl Adanaya köçən qadın ailəsi ilə birlikdə gələn ay vətəninə qayıtmağı planlaşdırırmış
3 iyulAğsuda çətənə kolu yetişdirən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda
4 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulSürücüyə qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda yol hərəkəti zamanı mübahisə etdiyi sürücüyə qarşı nalayiq hərəkətlər edən M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılan görüntülərindən sonra araşdırmalara başlayan poli
7 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyul