Üçüncü övladını dünyaya gətirərkən öldü... (VİDEO)
Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhkənkarlığının olduğunu iddia edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Xəzər TV-yə mərhumun anası danışıb.
"Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", deyə soruşurlar...", - ana bildirib.
Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib.
G.Məmmədovanın anasının dediyinə əsasən, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar: "Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək nəsə normal deyil… Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib".
Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.
Qeyd edək ki, G.Məmmədova mayın 6-da xəstəxanaya yerləşdirilib. Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.
G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var.
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1982 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat
15 dekabrMilli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Türkiyə Müdafiə Nazirlikləri arasındakı Anlaşma Memorandumunun, o cümlədən Azərbaycanla Ruanda arasındakı Sazişin təsdiqi də daxil olmaqla ümumilikdə 10 məsələ daxil edilib. Plenar icla
16 dekabr3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi
Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə
16 dekabrAzərbaycanda elektron siqaret - Qadağan edilir
Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun
16 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrCəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkə
16 dekabrDTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye
15 dekabrTovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barədə Qaynarinfo-y
16 dekabrAzərbaycan Universitetində bədbəxt hadisə
Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı
15 dekabr