30 metrlik qayalıqdan yıxılan şəxs həyatını itirdi - FOTO
Türkiyənin Antalya şəhərində yerləşən falezlərdə (sahil qayalıqları) faciəvi hadisə baş verib. Təxminən 30 metr hündürlükdən qayalıq sahəyə düşən bir kişi həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 22:30 radələrində Antalya şəhərinin Müratpaşa rayonunun Kılınçarslan məhəlləsində yerləşən Karaalioğlu Parkında qeydə alınıb. Əldə edilən məlumata görə, parkda olan bir şəxs hələlik məlum olmayan səbəbdən təxminən 30 metr yüksəklikdən qayalıq əraziyə yıxılıb.
Hadisənin şahidi olan vətəndaşlar dərhal 112 Təcili Yardım Xidmətinə məlumat veriblər. Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub.
Təcili tibbi yardım əməkdaşlarının keçirdiyi ilkin müayinə nəticəsində şəxsin hadisə yerində həyatını itirdiyi bildirilib. Daha sonra əraziyə dəniz polisi və Sahil Mühafizə xidmətinin əməkdaşları da yönləndirilib.
Təxminən bir saat davam edən xilasetmə əməliyyatının ardından mərhumun cəsədi dəniz yolu ilə Kaleiçi Yat Limanına — Daxili İşlər Nazirliyinin Dəniz Limanı Polis Şöbəsi və Sahil Mühafizə Qrup Komandanlığının mövqeyinə gətirilib.
Burada aparılan araşdırmalar zamanı dünyasını dəyişən şəxsin 46 yaşlı Burhan Kanyılmaz olduğu müəyyən edilib. Hadisə yerində aparılan hüquqi ekspertiza işlərindən sonra mərhumun cəsədi tibbi ekspertiza üçün Antalya Ədli Tibb İdarəsinin morquna təhvil verilib.

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1288 Tarix: 26 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax
11 sentyabr 2021Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib
15 sentyabr 2021Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə
11 sentyabr 2021Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ
Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində
13 sentyabr 2021Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü
Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ
15 sentyabr 2021Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl
11 sentyabr 2021Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO
Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\
15 sentyabr 2021Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021