Minifutbol-2025: Argentina millisi dünya çempionatını xalsız bitirdi
Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.
Sonxeber.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb - 4:1.
Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ üç xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.
G qrupunun Çexiya - Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın altı xalı var.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minifutbol-2025: Daha bir oyunda qalib müəyyənləşmədi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib. xəbər verir ki, Bosniya və Herseqovina və Qazaxıstan yığmaları F qrupunun oyununda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qeyd edək ki, ilk turda Polşa Qazaxıstan
24 may 2025Minfutbol-2025: Sonuncu yarımfinalçı müəyyənləşdi
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinala yüksələn sonuncu komanda bəlli olub. xəbər verir ki, 1/4 final matçında Bosniya və Herseqovina üzərində 5:0 hesabı ilə qələbə qazanan Serbiya növbəti raunda yüksəlib. Bu yığmanın finala gedən yoldakı rəqibi Macarıstan seçməsi olacaq. Qey
29 may 2025Minifutbol-2025: Azərbaycan ilk qələbəsini qazandı
Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb. A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb. Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Elvin Əlizadə (10), Mirmehd
23 may 2025Minifutbol-2025: İspaniya mübarizəni dayandırdı, İsrail 1/8 finalda
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. xəbər verir ki, H qrupunda İsrail - İspaniya matçı baş tutub. Milli Gimnastika Arenasındakı qarşılaşmada rəqibini məğlub edən (4:2) İsrail xallarının sayını altıya çatdıraraq 1/8 finala yüksəlib. Aktivində üç xalı ola
26 may 2025Minifutbol-2025: Türkiyə İngiltərəyə məğlub oldu
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda növbəti oyun baş tutub. xəbər verir ki, Türkiyə yığması İngiltərəyə məğlub olub. Milli Gimnastika Arenasında baş tutan görüş İngiltərə komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, dünya çempionatın
25 may 2025Minifutbol-2025: 1/8 final mərhələsi başlayır
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək. xəbər verir ki, Milli Gimnastika Arenasında bu gün 4 oyun keçiriləcək. A qrupunun lideri Azərbaycan millisi B qrupunun ikincisi, son dünya çempionu Rumıniya ilə üz-üzə gələcək. Dünya çempionatı. 1/8 final
27 may 2025Minifutbol-2025: Çexiya millisi qrup lideri oldu
Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb. -ın məlumatına görə, II turda Gürcüstan ilə qarşılaşan çexlər 2:2 hesablı heç-heçəyə razılaşıb. Hər iki kollektiv G qrupunda 7 xala malik olsalar da, əlavə göstəricələ görə üstün sayılan Çexiya seçməs
26 may 2025Minifutbol-2025: Tailand Bakıda növbəti mərhələyə vəsiqə qazandı
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. -ın məlumatına görə, günün ilk matçında E qrupunda Kosta Rika - Tailand matçı baş tutub. Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1. Xallarının sayını 7-yə çatdıra
26 may 2025