Reuters: "Çin hərbi təyyarələrini Tayvan ətrafına göndərdiyi və hakim partiyanın namizədini hədəf aldığı vaxt adada yerli seçkilər keçirilir"

Reuters: "Çin hərbi təyyarələrini Tayvan ətrafına göndərdiyi və hakim partiyanın namizədini hədəf aldığı vaxt adada yerli seçkilər keçirilir"Tayvanda şənbə günü mer və rayon rəhbərlərinin seçilməsi üçün səsvermə keçirilir. Seçkilər yerli məsələlərin üstünlük təşkil etdiyi bir vaxtda baş tutur. Bununla yanaşı, Çin ada ətrafında hərbi təyyarələrinin sayını artırıb və dövlət mediası paytaxt Taybeyin hakim partiyadan olan namizədini ardıcıl tənqidlərə məruz qoyub.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Tayvanın 22 şəhər və rayonunda keçirilən seçki kampaniyalarında əsas diqqət nəqliyyat və ətraf mühit kimi yerli problemlərə yönəlib. Seçkilərin nəticələrinin birbaşa Çin siyasətinə təsir göstərməyəcəyi gözlənilsə də, Pekin prosesə dəfələrlə müdaxilə edib və hərbi təzyiqlərini davam etdirib.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və hakim Demokratik Tərəqqi Partiyasının (DPP) paytaxt Taybey meri postuna namizədi Puma Şeni tənqid edir.

Şen separatçılıqda ittiham olunduğu üçün Çin polisi tərəfindən axtarışa verilib. O, bu ay Reuters agentliyinə açıqlamasında Çin polisinin indiyədək onunla əlaqə saxlamadığını bildirib. Namizəd əlavə edib ki, seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Taybeydə keçiriləcək səsvermə Çinin təzyiqləri qarşısında demokratiyanın qələbəsi olacaq.

Cümə günü Çin dövlət mediası Şenə qarşı yeni hücum dalğasına başlayıb. Onu ABŞ-dan maliyyə almaqda ittiham edən media qurumları Vaşinqtonun seçkilərə gizli yollarla ciddi müdaxilə etdiyini iddia edib.

Şen səsvermə məntəqəsindən çıxdıqdan sonra jurnalistlərə açıqlamasında Çin məsələsinə toxunmayıb. O, gecə necə yatdığından, səhər yeməyində nə yeyəcəyindən və havanın yaxşı olmasından danışıb.

Şenin əsas rəqibi müxalifətdəki Kuomintang Partiyasının (KMT) nümayəndəsi, hazırkı mer Çanq Van-an hesab olunur. Onun komandası Çin dövlət mediasının iddialarına münasibət bildirməkdən imtina edib.

Tayvanın Müdafiə Nazirliyinin şənbə səhər verdiyi məlumata görə, son 24 saat ərzində ada ətrafında Çinə məxsus 33 hərbi təyyarə və 8 hərbi gəmi qeydə alınıb.

Tayvan Milli Təhlükəsizlik Şurasının müşaviri Aleks Huanq bildirib ki, Çin cümə günü axşam saatlarında təbliğat platformalarını və Tayvan məsələləri üzrə qurumlarını səfərbər edib. Onun sözlərinə görə, Pekin bununla özünün seçki ərəfəsindəki kampaniyasını həyata keçirib.

Diqqət 2028-ci il seçkilərinə yönələcək

Dörd il əvvəl keçirilən son yerli seçkilərdə Kuomintang Partiyası Demokratik Tərəqqi Partiyasını böyük fərqlə üstələyib. KMT 14 şəhər və rayonda, DPP isə 5 ərazidə qalib gəlib. Qalan 3 ərazidə digər partiyaların nümayəndələri və müstəqil namizədlər qələbə qazanıblar.

Şənbə günü keçirilən səsvermədən sonra 2028-ci ilin əvvəlində baş tutacaq prezident və parlament seçkilərinə hazırlıq prosesinin sürətlənəcəyi gözlənilir.

Tayvanın hazırkı prezidenti Lai Çinq-te-nin konstitusiyanın icazə verdiyi maksimum müddət olan ikinci prezidentlik dövrü üçün namizədliyini irəli sürəcəyi gözlənilir. Bununla belə, Kuomintang hələlik öz namizədini açıqlamayıb. Partiyanın əsas namizədlərindən biri ölkənin mərkəzində yerləşən Tayçun şəhərinin meri, keçmiş jurnalist Lu Şou-yen hesab olunur.

Kuomintang ənənəvi olaraq Pekinlə daha sıx əlaqələrin tərəfdarıdır. Çin hökuməti isə Lai Çinq-teni separatçı adlandıraraq onunla danışıqlardan imtina edir. Lai isə Tayvanın gələcəyini yalnız ada sakinlərinin müəyyən edə biləcəyini bildirir.

Hər iki partiya səylərini Taybeyə və ölkənin digər beş böyük şəhərinə yönəldib.

Ən diqqətçəkən mübarizə paytaxt Taybey merliyi uğrunda gedir. Hazırkı mer Çanq Van-anın əsas rəqibi Çin üzrə informasiya müharibəsi sahəsində mütəxəssis olan, akademik fəaliyyətdən siyasətə gəlmiş Puma Şendir.

Digər mühüm seçki mübarizəsi Tayvanın ən çox əhalisi olan və hazırda KMT tərəfindən idarə edilən Yeni Taybey şəhərində, eləcə də cənubda yerləşən və ənənəvi olaraq DPP-nin güclü mövqelərə malik olduğu Kaohsiun şəhərində aparılır. Kuomintang sonuncu şəhərdə də fəal seçki kampaniyası həyata keçirib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 346   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran qarşıdurmasında gərginlik artır: Tramp yeni hərbi addımlara hazırlaşır

ABŞ və İran arasında davam edən qarşıdurmada gərginlik yenidən artıb. Vaşinqtonun Yaxın Şərqdə hərbi qüvvələrini gücləndirməsi, Tehranın isə son hadisələrlə bağlı ABŞ-ı ittiham etməsi bölgədə vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tram

27 noyabr
.

AŞ baş katibi Ukrayna rəhbərliyi ilə görüşəcək

Avropa Şurasının baş katibi Alen Berse bu gün Kiyevə gedib. "Yeni Sabah" xəbər verir ki, Berse səfəri barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, qarşıdakı iki gün ərzində Ukrayna rəhbərliyi ilə görüşlər keçirəcək. Avropa Şurası Nazirlər Komitəsi bu yaxınlard

27 noyabr
.

Akropolun qədim muzeyi 20 ilə yaxın fasilədən sonra yenidən açılıb

Yunanıstanın paytaxtı Afinada XIX əsrdə inşa edilmiş Akropolun qədim muzeyi təxminən 20 illik fasilədən sonra ziyarətçilərin üzünə açılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Muzeyin açılış mərasimində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib. 1874-cü ildə tikintisi başa çatan muze

26 noyabr
.

İlon Mask ABŞ-dakı hər uşağa SpaceX-in iki səhmini vəd edib

Amerikalı milyarder İlon Mask ABŞ-da yaşayan hər bir uşağa onun təsis etdiyi SpaceX şirkətinin iki səhmini verəcəyini vəd edib. xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində yazıb. "Amerikada hər bir uşaq SpaceX-in iki səhmini alacaq. Biri şirkətdən, digəri isə şəxsən məndən"

26 noyabr
.

Dünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb

Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin "Beşiktaş"Hapoel Beer-Şeva" matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanı

27 noyabr
.

Niqabı rəsmən qadağan etdilər

İtaliya parlamenti Baş nazir Ciorcia Meloninin sağçı koalisiya hökuməti tərəfindən hazırlanan və ölkədə ciddi müzakirələrə səbəb olan yeni təhsil qanununu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, noyabrın 19-da Senatda təsdiqlənən sənəd 400 yerlik Deputatlar Palatasında 112 əleyhinə, 142 lehin

27 noyabr
.

Aİ-nin büdcəsində Ukraynaya yardım və şərq təhlükəsizliyinin nəzərə alınması tələb olunub

Litva, Latviya və Estoniya hesab edirlər ki, Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün nəzərdə tutulmuş gələcək uzunmüddətli büdcəsi Rusiya ilə həmsərhəd olan şərq cinahı ölkələrinin ehtiyaclarını daha çox nəzərə almalı, Ukraynanın maliyyələşdirilməsi isə Aİ-nin prioritetlərindən biri olaraq qalmalıdır

26 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub

Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav

28 noyabr
.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26 noyabr