Azərbaycanda mobil telefonlar niyə ucuzlaşdı? - bu da səbəbi
Xəbər verdiyimiz kimi, son günlər paytaxt Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Ötən il qiymətləri yüksək olan telefonlar müştərilərə hazırda nisbətən ucuz qiymətə təklif olunur. Satıcılar "Samsung" və "iPhone" markalı telefonların qiymətinin daha çox ucuzlaşdığını bildirir. Məhsulların qiymətinin baha stabil qaldığı bir vaxtda idxal olunan mobi telefonların qiymətinin ucuzlaşması marağa səbəb olub.
Sonxeber.az bildirir ki, bakipost.az-ın əməkdaşı bunun səbəbini öyrənmək üçün iqtisadçı Samir Əliyevə müraciət edib. İqtisadçı bildirib ki, mobil telefonların qiymətinin ucuzlaşması yeni modellərin bazara daxil olmasıyla bağlıdır: "Hazırda mobil telefonlarda çox sürətli bir inkişaf prosesi gedir. Yeni şirkətlər bazara daxil olur. Bu sürətli inkişaf ona gətirib çıxarır ki, çox sürətli şəkildə mobil telefonların yeni modelləri bazara çıxır. Yeniləri gəldiyi üçün köhnə modellərin qiymətinin ucuzlaşması prosesi gedir. BU səbəbdən şirkətlər də maraqlıdır ki, köhnələri tez satılsın və yeni modellərin satışına imkan yaransın. Mobil telefonlarda markalar və çeşidlər sürətlə dəyişdiyinə görə hər hansı bir yeni model bazara gəlir. 5-6 aydan sonra onun daha yeni modeli satışa çıxır. Digərinin qiyməti düşür. Hesab edirəm ki, qiymət düşməsi əsasən bu mənəvi aşınma ilə bağlıdır. Yəni bu, fiziki aşınma deyil. Fiziki cəhətdən köhnəlmir. Artıq informasiya və texnologiya o qədər inkişaf edir ki, o, mənəvi cəhətdən, yəni zövq və imkanlar baxımından artıq köhnəlir. İnsanlar yeni modelə üstünlük verir. Ona görə də mən bunu mənəvi köhnəlmə kontekstində qiymətləndirirəm".
Samir Əliyev hesab edir ki, mobil telefonların qiymətinin ucuzlaşmasının digər səbəbi onların mənşəyi ilə bağlıdır: "Yəni istehsal yeri ilə əlaqədardır. Ola bilsin ki, mobil telefonlar Amerikanın və Böyük Britaniyanın modelidir. Amma onu istehsal edən ölkəyə baxmaq lazımdır. Avropadan və Yaponiyadan gətirilən mobil telefonlar nisbətən bahadır. Yox əgər Çin istehsalıdırsa, Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə gətirilirsə, qiyməti də ucuz olur. Birləşmiş Ərəb Əmirliklərində vergi güzəştləri mövcuddur. Ona görə də oradan gətirilən mobil telefonlar nisbətən ucuzdur. Məsələn, "iPhone" telefonlar var ki, eyni modeldir. Amma kəskin qiymət fərqləri var".
İqtisadçı qeyd edib ki, satıcılar artıq keyfiyyətli telefonlar yox, nisbətən ucuz və aşağı keyfiyyətli telefonlara üstünlük verirlər.
Samir Əliyev vurğulayıb ki, mobil telefonların ucuzlaşması manatın son günlər bahalaşması ilə əlaqəli deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Evdəki ən çirkli əşya açıqlandı: unitaz deyil
Başqasının kartına səhvən pul köçürsəniz, onu geri ala bilərsiniz - Qanun nə deyir? - VİDEO
Sadə test neçə saata öləcəyinizi deyir
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
Alimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı
Şərtlər sadələşdirilir - Onlar da güzəştli ipoteka götürə biləcək
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
Sabah da yağış yağacaq
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
Bakıxanovda yanğın başlayıb
"Alya"nın toyu olacaq
"Maşın" şou yenidən başlayır - Foto
Alça sevənlərin çoxu bunu bilmir - RİSK ALTINDASINIZ
Hamilə qadınlara qətiyyən bunları demək olmaz
Zeytun yağından istifadə zamanı edilən 4 əsas SƏHV