Taksi sürücüsü kartla ödəniş etmək istəyən qadını döyüb - VİDEO
İstanbulun Bakırköy rayonunda taksi sürücüsü ilə qadın sərnişin arasında yaşandığı iddia edilən insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qadın sərnişin kartla ödəniş məsələsinə görə mübahisə etdiyi sürücünün onu avtomobildə kilidli saxladığını və fiziki zorakılıq tətbiq etdiyini iddia edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, taksiyə minən qadın, sürücünün kartla ödəniş üçün əlavə ödəniş tələb etdiyini bildirib. Qadın isə ödənişi nağd şəkildə etmək istədiyini deyib. Tərəflər arasında yaranan mübahisənin böyüməsindən sonra sürücünün avtomobilin qapılarını kilidləyərək qadının düşməsinə mane olduğu iddia olunub.
Qadın sərnişin hadisəni telefonla lentə almağa başladıqdan sonra sürücünün ona əl qaldırdığı öne sürülüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə taksi sürücüsünün gənc qadına əsəbi şəkildə reaksiya verdiyi və ona vurduğu anlar əks olunub.
İddialara əsasən, ətrafdakı bəzi vətəndaşlar avtomobilin şüşəsinə vuraraq qapının açılmasına kömək ediblər. Hadisədən sonra qadın polis bölməsinə müraciət etdiyini, sürücüdən şikayətçi olduğunu və tibbi ekspertiza üçün xəsarət hesabatı aldığını açıqlayıb.
Hadisə ilə bağlı görüntülər qısa müddətdə sosial mediada yayılıb. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 876 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr