17 yaşlı Səidin qətldən sonra yazdığı ŞOK MESAJLAR üzə çıxdı: "Öldürmək ləzzət elədi…" - TƏFƏRRÜAT

17 yaşlı Səidin qətldən sonra yazdığı ŞOK MESAJLAR üzə çıxdı: "Öldürmək ləzzət elədi…" - TƏFƏRRÜATGöyçayda baş verən qətlin təfərrüatı məlum olub. Qətli törədən 17 yaşlı şəxs kriminal aləmə meyilli olub. Ölən şəxs isə həbsxanadan yeni çıxıbmış. Qətli törədən şəxsin hadisədən sonra tanışına yazdığı şok mesajlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, qətli törədən 17 yaşlı Səid Bayramlı hadisə günü aralarında sevgi münasibəti olan qızla parkda əyləşərək itə baxırmış. Bu zaman Hüseyn Feyzullayev ona yaxınlaşaraq gecənin bu saatında qızla niyə gəzdiyini soruşub. Səid də qızın dostu olduğunu deyib. Hüseyn isə Səidin yalan danışdığını deyib və mübahisə etməyə başlayıblar. Əvvəlcə əlbəyaxa dava ediblər. Döyülən Səid evə gedərək bıçaq götürüb və Hüseynin yanına qayıdraraq ona çoxsaylı zərbələr vurub.

Səid ifadəsində deyib ki, atası evə it gətirib. Həmin itin şəklini sevdiyi qıza götürüb. Qız da ev itlərini çox sevdiyini, itə baxmaq istədiyini deyib:

"Dedim ki, axşam gətirərəm, baxarsan. Gecə parkda görüşdük. Oturub söhbət edirdik. Təxminən 20 metr məsafədən adının sonradan Hüseyn olduğunu bildiyim şəxs məni çağırdı. Ona tərəf getdim. Burda nə etdiyimizi soruşdu. Qızla dost olduğumu, söhbət etdiyimizi dedim. Mənə dedi ki, həbsdən yeni çıxıb və buranın vəziyyətinə o baxır. Məhəllədə qızla gəzməyə icazə vermədiyini dedi. Mənə yalan danışdığımı, qızın dostum olmadığını dedi. Sonra mübahisə eləməyə başaldı. Məni vuranda mən də onu vurdum. Qızın qolundan tutub dartanda əlindən tutub itələdim. Ana söyüşü söydü. Məni döyməyə başladı. Qız evə tərəf getdi, mən də qaçdım".

Səid evə gedərək 35 manata aldığı ov bıçağını götürüb. Gecə saat 3:30 radələrində Hüseyni "Avtovağzal dairəsi" yaxınlığında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Bıçağı marağı olduğu üçün hadisədən təxminən bir il əvvəl instaqram səhifələrindən birindən sifariş verərək aldığını deyən Səidin kriminal aləmə marağı olduğu da üzə çıxıb. Belə ki, onun instaqram profilində həmin bıçaqla çoxsaylı şəkilləri, kriminal aləmə meyilli paylaşımları diqqət çəkib.

Qətli törədəndən sonra evə qayıdan Səid paltarını dəyişib və həyətdə oturub. Qardaşı onu görən zaman nə baş verdiyini soruşub. Səid qardaşına adam bıçaqladığını deyib. Bir neçə dəqiqə sonra qapıları döyülüb. Səid qapını açan zaman polislər olduğunu görüb. İlk sualda hadisəni törətdiyini etiraf edən Səid təslim olub.

Məhkəmə araşdırması zamanı Səidin telefonunda olan mesajlar da elan edilib. Məlum olub ki, Hüseyni bıçaqladıqdan sonra evə gedən Səid tanışlarından biri ilə instaqramda yazışaraq adam bıçaqladığını deyib. O, həmin yazışmada Hüseyni ana söyüşü söydüyünə, yanındakı qıza əl atdığına görə vurduğunu deyib. Bildirib ki, Hüseyn ona ana söyüşü söyüb, o da Hüseyni bıçaqlayanda ona eyni söyüşləri söyüb.

"Neçə dənə vurduğumu bilmirəm. Hardan gəldi vururdum. Öldüye, öldü... Düz yolun ortasında yıxıldı. Qaçıb deyirdi ki, baba, həkim çağır. Amma qaça bilmədi, yıxıldı. Atam bilsə, ürəyi partlayacaq. İndi işə gedib, xəbəri yoxdur. Allah eləsin kişiyə heç nə olmasın. Bilsə, qorxuram ki, ürəyi dayanacaq. Məm gedirəm, harda olsampolis gələcək. Azı 10 ilim var. Gedib "srokumu" yatacam. Artıq olan oldu".

Həmin mesajlarda Səidin adam bıçaqlaması ilə bağlı yazışmalarda "ləzzət elədi" yazması da üməyyən edilib.

Məhkəmədə Səidin yanında olan qız da şahid kimi dindirilib. O da Səidin ifadəsinə oxşar ifadə verib. Bildirib ki, Səidlə söhbət edən zaman tanıçaqdıqları şəxs onlara yaxınlaşaraq heç bir səbəb olçadan mübahisə edib.

Mərhum Hüseynin anası məhkəmədə hüquqi varis kimi ifadə verib. Deyib ki, iki uşaq atası olan oğlu həvsdən çıxdıqdan sonra Göyçayda yaşamağa başlayıb. Ananın sözlərinə görə oğlu həmin gecə Bakıya getmək üçün taksi axtarırmış:

"Uşağını görmək üçün Bakıya gedəcəkdi. Taksi sürücüləri deyib ki, adam tapsalar, gecə yola çıxacaqlar. Axşama qədər maşın gözləyib. Mən də onunla danışmışdım. Yoldaşı ilə də danışıb taksi axtardığını deyib. Gecə mənə zəng edib Hüseynin avtomobil qəzasına düşdüyün dedilər. Xəstəxanaya gedəndə öyrəndim ki, Hüseyni öldürüblər".

Mərhumun anası deyib ki, Səidin Hüseyni tək öldürməsi mümkün deyil: "Hüseyn idmançı idi. Səidin ona gücü çatmazdı. Kimsə ona kömək edib".

Onun sözlərinə görə Səidin ailəsi barışıq üçün onlara müraciət etsələr də razılaşmayıblar: "Mən oğlumun qatilinə ən ağır cəzanın verilməsini istəyirəm".

Məhkəmədə müşahidə kamerlarının görüntüləri də izlənilib. Həmin görüntülərdə Səidin yol kənarından qaçaraq Hüseyn tərəfə getdiyi, ona zərbə vurduğu aydın olur. Hüseyn qaçmaq istəyən zaman Səid daha bir neçə zərbə vurur. Hüseyn yolun ortasında büdrəyərək yıxılıb.

Səid Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

17 yaşlı Səidin qətldən sonra yazdığı ŞOK MESAJLAR üzə çıxdı: "Öldürmək ləzzət elədi…" - TƏFƏRRÜAT


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3645   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

3 oktyabr
.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1

11 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev

14 oktyabr