Azərbaycanda arvadını qonşudakı qadına bənzədiyi üçün döyüb - İLGİNC TƏFƏRRÜAT
Sabunçuda arvadını qonşusuna bənzədiyi üçün döyən şəxs həbs edilib. Zərərçəkmiş qadın deyib ki, əri absurd fikirlərlə onu dəfələrlə döyüb. Bir dəfə də məhkəmə binasında arvadını döyən şəxs bu dəfə həbs edilib.
Musavat.com xəbər verir ki, 38 yaşlı Rəşad (ad şərtidir) mütəmadi olaraq arvadı Güləri (ad şərtidir) döyürmüş. Bəhanə isə müxtəlif olurmuş. Daha çox içki içdikdən sonra arvadını döyən Rəşad sonuncu dəfə arvadını qonşusuna bənzədiyi üçün döyüb.
Belə ki, onların qonşuluğunda arvadına bənzəyən və yüngül həyat tərzi sürən qadın var imiş. Həmin qadın Gülərə bənzədiyi üçün Rəşad buna əsəbləşərək arvadını döyüb. Həmin qadın haqqında yayılan şaiyələr Rəşadı daha da əsəbləşdirib və sonuncu dəfə içki içdikdən sonra arvadını döyüb.
O, daha əvvəl də arvadını müxtəlif bəhanələrlə döyübmüş. Gülərin ifadəsindən məlum olub ki, yaşadıqları binada 6-cı mərtəbədə qadın balkona çıxıb. Rəşad həmin qadının Gülər olduğunu düşünərək onu döyüb. Gülər isə həmin vaxt evdən çıxmadığını bildirib.
Gülər müxtəlif bəhanələrlə döyülən zaman uşaqları bunu videoya çəkib. Rəşad spirtli içkinin təsirindən ayılanda həmin videoları ona göstəriblər. Rəşad ayıldıqdan sonra arvadına deyilən sözləri inkar edərək Gülərin yaxşı qadın olduğunu, etdiklərini xatırlamadığını söyləyirmiş.
Rəşad bir dəfə də Güləri məhkəmədə döyüb. Onlar boşanmaq üçün məhkəməyə müraciət edəndə Rəşad Güləri məhkəmədə döyüb. Amma onlar boşanmayıb və Gülər Rəşadı bağışlayıb.
Gülər bu dəfə də Rəşadı bağışlayıb. Məhkəmədə bidirib ki, bu, sonuncu dəfədir ki, Rəşadı bağışlayır.
Rəşad daha əvvəl də Güləri döydüyü üçün məsuliyyətə cəlb edilmişdi. Məhkəmə bu dəfə Rəşad barəsində daha ağır cəza təyin edib. Hökmə əsasən Rəşad 5 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2320 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabr