Yanğınsöndürən təyyarə gölə düşdü – Pilotdan mesaj: "Məni buradan götürün"
Türkiyənin Adana şəhərində meşə yanğına müdaxilə edən yanğınsöndürən təyyarə Seyhan bənd gölünə düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, təyyarədə olan iki pilot hadisədən sağ çıxıb.
Hadisə Adananın Çukurova rayonuna bağlı Salbaş məhəlləsinin Fadıl kəndi ərazisində baş verib. Meşəlik sahədə başlayan yanğını görən sakinlər dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Əraziyə Meşə Mühafizəsi Xidmətinin əməkdaşları, arazözlər, su çənləri və yanğınsöndürən işçilər cəlb olunub. Yanğının genişlənməsinin qarşısını almaq məqsədilə havadan da müdaxilə edilib. Əraziyə bir yanğınsöndürmə helikopteri və bir təyyarə göndərilib.
Seyhan bənd gölündən su götürən təyyarə hələlik naməlum səbəbdən qəzaya uğrayaraq gölə düşüb.
Hadisədən sonra təyyarə pilotunun helikopter pilotuna mesaj göndərərək "Təyyarəm gölə düşdü, vəziyyətim yaxşıdır, məni götürün" dediyi öyrənilib. Bölgəyə çox sayda axtarış-xilasetmə qrupu göndərilib.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı bildirib:
"Adananın Çukurova rayonunda kənd ərazisində başlayaraq meşəyə keçən yanğına müdaxilə edən yanğınsöndürən təyyarəmiz Seyhan bəndindən su götürərkən hələlik naməlum səbəbdən qəzaya uğrayıb. Çox şükür ki, təyyarədə olan iki pilotumuz xilas edilib".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1141 Tarix: 19 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
52 yaşlı qadın intihar edib
Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır
14 sentyabr 2021Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü
Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ
15 sentyabr 2021Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü
Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
16 sentyabr 2021Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ
Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c
17 sentyabr 2021Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO
Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini
18 sentyabr 2021Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə
11 sentyabr 2021