Gecə tez-tez oyanırsınızsa, diqqətli olun - Həkimlərdən vacib XƏBƏRDARLIQ
Gecə tez-tez oyanmaq ciddi xəstəliklərin əlaməti ola bilər.
Oxu.Az "Daily Express"ə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Flinders Universitetinin yuxu üzrə mütəxəssisləri xəbərdarlıq ediblər.
Mütəxəssislərin apardığı araşdırma göstərib ki, yuxunun tez-tez bölünməsi təkcə yuxu pozuntusu deyil, həm də insult və ürək çatışmazlığı kimi təhlükəli xəstəliklərin ilkin əlaməti ola bilər.
Risk qrupuna əsasən artıq çəkidən əziyyət çəkən, gecələr yüksək qan təzyiqi müşahidə olunan və xoruldayan şəxslər daxildir. Bu amillər yuxu rejimini pozur və sağlamlıq üçün ciddi risk yaradır.
"Araşdırmamız nəticəsində ilk dəfə sübut etdik ki, daimi xoruldama ilə yüksək qan təzyiqi arasında ciddi əlaqə var", - deyə layihənin rəhbəri, doktor Bastien Leşat bildirib.
Elm adamları 72 mindən çox insanın yuxusunu uzun müddət ərzində xüsusi texnologiyalar vasitəsilə ev şəraitində izləyiblər. Nəticədə məlum olub ki, iştirakçıların 15%-i, xüsusilə də artıq çəkisi olan şəxslər gecənin 20%-dən çoxunu xoruldamaqla keçirirlər. Bu isə nəzarətsiz hipertenziya (yüksək təzyiq) ilə birbaşa əlaqəlidir.
Leşat qeyd edib ki, daimi yüksək təzyiq ürək çatışmazlığı, insult, ürək və böyrək xəstəliklərinə yol aça bilər.
"Əgər yuxunuz həftədə beş-altı gün pozulursa, bu artıq xroniki hal alır və həyat üçün təhlükəli vəziyyət yarada bilər", - deyə o xəbərdarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 774 Tarix: 25 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər toxumaların bərpasını sürətləndir
Cəmi bir neçə dəqiqəlik yüksək intensivlikli məşq orqanizmdə uzunmüddətli, orta intensivlikli məşqlə müqayisədə daha güclü bərpa reaksiyasına səbəb ola bilər. Bu qənaətə Rokfeller Universitetinin və Melburn şəhərindəki tədqiqat mərkəzlərinin alimləri gəliblər. xəbər verir ki, araşdırmanın nəticələr
31 avqustUçuş bələdçisi təyyarədəki ən rahat oturacaqları açıqladı
Təyyarə bileti alarkən təsadüfi edilən oturacaq seçimləri səyahət rahatlığına birbaşa təsir edir. Bir uçuş bələdçisinin verdiyi məlumata görə, təyyarənin müxtəlif bölgələrindəki oturacaqlar uçuş təcrübəsini, turbulens hissiyatını və təyyarədən çıxış müddətini birbaşa dəyişə bilər. xəbər verir ki, aviasiy
30 avqustPaltaryuyan 20 il işləyə bilər - Barabana vaxtaşırı bu məhlulu tökün
Paltaryuyan maşının uzun müddət problemsiz işləməsi üçün ona mütəmadi qulluq etmək vacibdir. Bu işdə ağ sirkədən istifadə etmək mümkündür. xəbər verir ki, zaman keçdikcə paltaryuyan maşının barabanında, yuyucu vasitə bölməsində və digər hissələrində deterjan qalıqları, kir, tük və nəmlik toplanır, b
30 avqustMəşhur aktyor bacısının toyuna niyə getmədi?
Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü
31 avqustAğ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi
Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi
30 avqustToyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO
Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər
30 avqustŞəkildə neçə üz görürsünüz? - Xarakterin sirrini açan sadə TEST
Bu şəkildə neçə üz tapa bilərsiniz? Nəticələrin dünyanı necə qavradığınızı, qərarlar qəbul etdiyinizi və gizli detalları necə gördüyünüzü ortaya çıxara biləcəyi deyilir. -ın xəbərinə görə, ilk baxışdan illüstrasiyada yalnız bir neçə üz görə bilərsiniz, amma diqqətlə baxsanız, say xeyli arta bilər. B
30 avqust