Rusiyada öldürülən azərbaycanlıların yaxınları DANIŞDI: "Tok verdilər, palçıq yedizdirmək istədilər" - VİDEO
Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlılara qarşı xüsusi əməliyyat keçirilib, 2 nəfər öldürülüb, 50-dən artıq şəxs saxlanılıb. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovların həyatlarını itirdiyi bildirilir. Döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisənin təfərüütlarını açıqlayıb. O bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. Ramil Səfərov onu da qeyd edib ki, Təhlükəsizlik Xidmətinin əməkdaşları evə girəndə heç bir sənəd göstərməyiblər.
Federal Təhlükəsizlik Xidmətinin saxladığı və sonradan sərbəst buraxdığı azərbaycanlılardan biri də Vüqar Səfərovdur. O, bildirib ki, evi ələk-vələk axtardılar və bir saat ərzində bizi döydülər. Başımızı yerə çırpırdılar. Oturacaqları başımıza vururdular.
Öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə Rusiya tərəfindən kütləvi həbslər başlayıb.
Seyfəddin Hüseynli bildirib ki, daha əvvəl Rusiya İstintaq orqanları tərəfindən onun ailə üzvləri və saxlanılan digər şəxslər heç bir təhqiqat araşdırması üçün çağırılmayıb. O bildirir ki, qardaşları ilə yanaşı müxtəlif bölgələrdən olan, hazırda Rusiyada yaşayan azərbaycanlılar saxlanılaraq işgəncələrə məruz qalırlar.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1228 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr