Dənizdə dəhşət anları: 16 yaşlı gənci yumruqlarla köpək balığından xilas etdilər
Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən Cabarita çimərliyində 16 yaşlı bir gənc köpək balığı hücumuna məruz qalıb. Hadisə anı və sonrasında yaşananlar mobil telefon kamerası ilə qeydə alınıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, baş verən insident zamanı dənizdə olan gəncə köpək balığı hücum edib. Onun sağ qolu, biləyi və ayağı ciddi şəkildə yaralanıb. Sahildə olan insanlar dərhal köməyə tələssələr də, köpək balığı hələ də suda dolaşırdı.
Məhz o anda cəsur bir şəxs gənci xilas etmək üçün suya girərək köpək balığına yumruq atıb. Digər çimərlik ziyarətçiləri panika içində sahildən uzaqlaşsa da, qəhrəmanlıq görüntüləri sosial mediada geniş rezonans doğurub. Gəncin sahilə çıxarılması üçün sörf taxtası xərə kimi istifadə olunub. Daha sonra yaralı avtomobil dayanacağına aparılıb və orada təsadüfən olan iki qeyri-növbətçi (off-duty) tibb işçisi turniket tətbiq edərək qanaxmanı dayandırıb.
Gənc qısa müddət ərzində helikopterlə Gold Coast Universitet Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ciddi, lakin stabil olduğu bildirilib.
Hadisədən sonra açıqlama verən tibb işçisi Ben Mumford bildirib: "Orada olan bir neçə cəsur insan həqiqətən böyük iş gördü. İki tibb işçisi ilkin tibbi yardım göstərdi və bizim gəlməyimizə qədər vaxt qazandırdılar".
Köpək balığının tapılması üçün hava axtarış əməliyyatı başladılıb, lakin hələ nəticə əldə olunmayıb. Hücumu həyata keçirən növ dəqiqləşdirilməyib. Lakin rəsmi şəxslər bildiriblər ki, üç gün əvvəl həmin çimərlikdə bir pələng köpək balığına izləmə cihazı taxılıb.
Çimərlik rəhbərliyi ikinci xəbərdarlığa qədər Cabarita çimərliyinin ictimaiyyət üçün bağlı qalacağını elan edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1708 Tarix: 30 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr