Məzuniyyət mərasimində diplomunu cıran tələbə polis tərəfindən saxlanıldı
Boğaziçi Universitetinin məzuniyyət mərasimində tələbə Doruk Dörücü, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Ekrem İmamoğlunun diplomunun ləğv edilməsini etirazla qarşılayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, o, səhnəyə çıxaraq diplomunu cırıb.
Doruk Dörücünün bu addımı valideynlər arasında da birmənalı qarşılanmayıb. Bəzi valideynlər, "Məzuniyyətə gəldik, siyasət dinləməyə yox," deyə etiraz etsə də, digərləri onu alqışlarla dəstəkləyib.
Hadisənin görüntüləri sosial mediada yayıldıqdan sonra Dörücü polis tərəfindən saxlanılıb.
Bu barədə CHP Üsküdar Bələdiyyə Məclisi qrup sədr müavini Güneş Gülaydın sosial media hesabında paylaşım edərək bunları qeyd edib:
"Gənclik qolları üzvümüz Doruk Dörücü gecə yarısı saxlanılıb. Ölkədə saysız-hesabsız qanunsuzluq baş verir, ancaq bunlara qarşı tədbir görülmür, əvəzində bu qanunsuzluqlara səs çıxaran parlaq gənclər tələm-tələsik saxlanılır. Bunu qətiyyən qəbul etmirik! Tək bir yol yoldaşımızı belə bu basqıçı düşüncənin əlinə buraxmayacağıq! Qurtuluş təkbaşına yoxdur - ya hamımız, ya heç birimiz!".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2370 Tarix: 04 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr