"4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir... (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.
Qaynarinfo xəbər verir ki, Baku TV hadisənin təfərrüatını öyrənib.
Mərhumun qohumu Tahir Tanrıquliyevin sözlərinə görə, bu, ailədə 5-ci ölümdür: "Bu evdən son bir ildə 5-ci ölüdür, hamısı da təsadüfən ayın 8-i baş verib. Deyilənə görə, nərdivanı qoyub pəncərələri silirmiş. Nərdivan düşüb üstünə, beyin nahiyəsinə dəyib. İlk hadisə ötən il avqustun 8-i olub. Uşağın 1-2 yaşı olardı. Sonra da qayınana-qayınata rəhmətə getdi, bundan sonra isə daha bir körpə həyatını itirdi, indi də belə..."
Mərhumun əmisi Asif Cəfərov isə bildirib ki, hadisəni öyrənən zaman dərhal ora gedib: "Getdim, dedilər ki, nərdivandan düşüb. Ancaq mən gördüm, nərdivandan yıxılan elə olmur, mənə şübhəli gəldi. Nərdivan böyük deyildi, yerdə qan görmədim. Deyə bilmərəm ki, öldürüblər, ancaq gözümlə gördüyüm budur. Ümumiyyətlə o evə gedib-gəlməyə qoymurdular, uşaq rəhmətə gedəndə qapıdan qovmuşdular. Orada qızların dediyinə görə, Şəfayət 4-5 gün bundan əvvəl gəlmək istəyirmiş. Elə başa düşürəm ki, aralarında mübahisə olub".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2695 Tarix: 09 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
14 dekabrDənizə düşən 32 yaşlı şəxsin meyiti tapılıb
Türkiyənin Samsun şəhərinin Atakum rayonunda dənizə düşdüyü iddia edilən 32 yaşlı kişinin cansız bədəni dalğıc polis əməkdaşları tərəfindən tapılıb. türk mediasına istinadən xəbər verir ki, Hadisə Atakum rayonunun Cümhuriyyət məhəlləsində yerləşən Çobanlı körpüsündə baş verib. İlkin məlumata görə, bi
16 dekabr72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi
14 dekabrYeni il bayramında qar yağacaq? - AÇIQLAMA
Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər. Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hav
14 dekabrSevgilisinin keçmiş sevgilisini bıçaqlayraq öldürdü
Adananın Seyhan rayonunda baş verən qanlı hadisədə, keçmiş sevgilisini narahat etdiyi iddia edilən 19 yaşlı Murat İnanmaz gənc qadının yeni sevgilisi ilə yaranan dava zamanı bıçaqlanaraq həyatını itirib. Hadisə ilə əlaqədar 3 nəfər həbs olunub. türk mediasına istinadən xəbər verir ki, hadisə Seyhan rayonun
16 dekabrBir nəfəri aralarına alıb amansızcasına döydülər - VİDEO
İstanbulun tarixi və izdihamlı ərazilərindən biri olan Sirkecidə şiddət hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, bölgədə ticarətlə məşğul olan bir esnaf naməlum səbəbdən bir qrup şəxsin hücumuna məruz qalıb. Hadisə Sirkecinin ən işlək küçələrindən birində qeydə alınıb. İlkin məlumat
16 dekabr