Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEO

Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEOPeruda keçirilən bir dəfn mərasimi gözlənilməz görüntülərlə gündəmə gəlib.

Sonxeber.az xəbər verir ki, ərini itirən bir qadının, mərasim zamanı açıq tabutun yanında yerləşdirilmiş onun həyat yoldaşının ölçüsünə uyğun karton maketi ilə rəqs etməsi sosial mediada müzakirələrə səbəb olub.

Qara yas paltarı geyinmiş qadın, reggaeton musiqisinin ritminə qapılaraq rəqs etməyə başlayıb. Daha sonra rəqsini mərhumun karton maketinə sürtünərək "twerk" hərəkətləri ilə davam etdirib. Bu qeyri-adi vida səhnəsi həm mərasim iştirakçılarını, həm də sosial media izləyicilərini təəccübləndirib.

Musiqili vida atmosferini isə mərasimdə səhnə alan "El Cangri del Callao" adlı reggaeton ifaçısı yaradıb. O, nəşəli ritmlərlə qadını dəstəkləyib və tamaşaçıları da rəqs etməyə təşviq edib. Sənətçinin həmin görüntüləri Instagram hesabında paylaşmasından sonra video qısa müddətdə 4,3 milyon baxış sayı toplayıb.

Sözügedən video sosial mediada böyük səs-küy doğurub. Bəzi istifadəçilər bu davranışı sərt tənqid edərək, "hörmətsizlik" kimi qiymətləndiriblər. Onların bir qismi istehza dolu şərhlərlə etiraz edib. Digər bir qisim isə bu rəqsi fərqli və emosional bir vida forması kimi qiymətləndirib.

Bir çox mədəniyyətdə ölümə kədər yox, bayram ab-havası ilə yanaşmaq adət halını alıb. Peruda yaşanan bu hadisə də göstərdi ki, ölümə münasibət şəxsi və mədəni yanaşmalara görə çox fərqli ola bilər.

Kimiləri üçün bu davranış hörmətsizlik, kimiləri üçün isə sevilən bir insanı öz tərzinlə yola salmaq formasıdır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 23424   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

3 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan bir

4 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr