Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİRAzərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır.

Nəzərdə tutulan islahatlarla məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların isə payızda açıqlanacağı gözlənilir.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, müasir dövrün reallıqları bütün sahələrdə islahatların aparılmasını zəruri edir.

"İlk növbədə iş proseslərinin yenidən qurulması, idarəetmədə səmərəliliyin artırılması, əlaqələrin gücləndirilməsi və vətəndaşlarla daha effektiv ünsiyyətin qurulması məqsədinə xidmət edir. Azərbaycanda da son illərdə bir sıra mühüm sahələrdə islahatlar həyata keçirilir və bu addımlar sosial-iqtisadi inkişafla yanaşı, ictimai və mədəni həyatın da müxtəlif istiqamətlərində öz müsbət təsirini göstərməkdə davam edir".

Deputat qeyd edib ki, xüsusilə idarəetmə sahəsində struktur islahatlarının təmkinlə və sistemli şəkildə aparılması gələcək inkişaf üçün həlledici amillərdəndir:

"Bu istiqamətdə artıq bir sıra mühüm addımlar atılıb. Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsi, nazirliklərdə və komitələrdə həyata keçirilən struktur dəyişiklikləri idarəetmə sisteminin daha çevik və funksional olmasına töhfə verib".

O əlavə edib ki, icra orqanlarında da bu günə qədər müxtəlif təkmilləşdirmə işləri görülüb. Eyni zamanda müasir idarəetmə bacarıqlarına malik mütəxəssislərin cəlb olunması istiqamətində də irəliləyiş müşahidə olunur:

"Bununla belə, bəzi idarəetmə strukturlarında hələ də yeni islahatlara ehtiyac duyulur. Mövcud vəziyyət onu göstərir ki, müəyyən nazirlik və komitələrin birləşdirilməsi və ya onların bazasında yeni strukturların yaradılması məqsədəuyğun ola bilər. İcra orqanlarında da optimallaşdırma və funksional dəyişikliklərə gedilməsi gözlənilir".

Millət vəkilinin sözlərinə görə, bu proseslər yalnız düşünülmüş və mərhələli şəkildə həyata keçirildiyi halda müsbət nəticələr verə bilər:

"İdarəetmə sahəsində ediləcək hər hansı yanlış və tələsik addım gələcək inkişafı ləngidə, cəmiyyətdə narazılıq yarada bilər. Bu baxımdan planlaşdırılan struktur islahatları həm qlobal idarəetmə təcrübəsinə, həm də ölkənin daxili ictimai-siyasi vəziyyətinə uyğunlaşdırılmalıdır. Çünki yalnız bu halda islahatlar real nəticələr verə və inkişafı sürətləndirə bilər".

"Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar dövrün çağırışlarına uyğun olub və müsbət təsirini artıq göstərməkdədir. Gələcək mərhələdə də bu islahatların davam etdirilməsi gözlənilir. Çünki bu dəyişikliklər həm zəruridir, həm də dövrün tələbidir", - deyə T.Rzayev bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 9700   Tarix: 25 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr