Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır
Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna görə də Azərbaycanın məktəblərdə vahid geyim qaydalarını tətbiq etməsi ətrafında yaradılan süni gərginlik və bu qərarın dinə təzyiq kimi təqdim olunması təəssüf doğurur.
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və Konstitusiyamız dini etiqad azadlığını təmin edir. Lakin dini azadlıq prinsipi dövlətin qanunlarına, təhsil siyasətinə və məktəblərdə müəyyən edilmiş vahid qaydalara hörmətlə yanaşılmasını istisna etmir. Məktəb geyimi dini qarşıdurma predmetinə çevrilməməli, təhsil prosesinin təşkili ilə bağlı məsələlər siyasi təzyiq və qarşılıqlı ittiham vasitəsinə çevrilməməlidir.
Bəhruz Quliyev vurğulayıb ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın bu məsələ ilə bağlı açıqlaması, eləcə də bəzi şəxslərin sosial şəbəkələrdə Azərbaycanda guya dinə qarşı mübarizə aparıldığı barədə təbliğat yayması narahatlıq doğurur. Ankarada səfirliyimizin, İstanbulda isə konsulluğumuzun qarşısında aksiyaların keçirilməsi də məsələnin mahiyyətindən uzaqlaşdırılaraq emosional və siyasi müstəviyə daşınması riskini artırır.
Qardaşlıq bir-birinin daxili işlərinə təzyiq göstərmək deyil, qarşılıqlı hörmət və etimadı qorumaqdır. Türkiyədəki qardaşlarımızın həssas məsələlərə münasibətdə faktlara, sağlam mühakiməyə və Azərbaycanın dövlətçilik maraqlarına hörmət prinsipinə əsaslanması vacibdir. Hər hansı qərarla bağlı fikir ayrılığı yarandıqda, onu ictimai təzyiq və ittihamlarla deyil, qarşılıqlı anlaşma və dialoq yolu ilə müzakirə etmək daha doğru yanaşmadır.
Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Dövlətlərimizin strateji müttəfiqliyi emosional çağırışlardan daha güclü siyasi iradəyə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Buna görə də iki ölkəni üz-üzə qoyan, cəmiyyətlər arasında şübhə və narazılıq yaratmağa xidmət edən yanaşmalara imkan verilməməlidir.
Qardaşlığımızın əsas şərti aydındır: ortaq dəyərlərimizə sadiqlik, bir-birimizin suverenliyinə hörmət və milli maraqlarımıza anlayışla yanaşmaq. Azərbaycan-Türkiyə münasibətlərinin ruhu da, gələcəyi də məhz bu prinsiplərin qorunmasından keçir - deyə Bəhruz Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi