Səhiyyə Nazirliyinin eksperti: "Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir"

Səhiyyə Nazirliyinin eksperti: "Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir"Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bu virusla bağlı bəzi suallara aydınlıq gətirib:

- Emin müəllim, öncə bilmək istərdik ki, hepatit xəstəliyinin əsas simptomları hansılardır?

- Qaraciyər orqanizmin "laboratoriyası" hesab olunur. O, qanın təmizlənməsindən tutmuş maddələr mübadiləsinə, immun müdafiədən hormonların tənzimlənməsinə qədər yüzlərlə funksiyanı icra edir. Lakin bu mühüm orqanı zədələyən və çox vaxt uzun müddət gizli şəkildə davam edən xəstəliklərdən biri hepatitdir. Hepatit qaraciyərin iltihabı deməkdir və adətən, ona viruslar səbəb olur. Bu xəstəlik həm qəfil başlayan kəskin, həm də illərlə davam edən xroniki formada özünü göstərə bilər.

Hepatitin əlamətləri çox vaxt yüngül olur və digər xəstəliklərlə qarışdırıla bilər. Ən çox rast gəlinən simptomlar yorğunluq, iştahasızlıq, ürəkbulanma, qarının sağ yuxarı hissəsində ağırlıq, sidiyin tündləşməsi və dərinin saralmasıdır. Xroniki hepatitlərdə isə bu əlamətlər bəzən heç nəzərə çarpmır və xəstə uzun müddət virus daşıyıcısı olduğunu bilmir. Bu səbəbdən hepatit çox vaxt "səssiz xəstəlik" adlandırılır.

- Hepatit xəstəliyinin xroniki və kəskin forması arasındakı fərq nədir?

- Hepatitin kəskin və xroniki formaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Kəskin hepatit, adətən, yoluxmadan sonrakı ilk altı ayda inkişaf edir və bəzi hallarda tam sağalma ilə nəticələnir. Xəstəliyin kəskin formasında gözdə sarılıq, halsızlıq, qaraciyər fermentlərinin onqat və daha çox yüksəlməsi olur. Xroniki hepatit isə altı aydan çox davam edən iltihabdır və qaraciyərdə daimi dəyişikliklər yaradır.

Əksər hallarda kəskin hepatit B-dən sağalsalar da, uşaqlar yoluxduğu zaman onların əksəriyyəti xroniki daşıyıcı olur. Hepatit B daşıyıcılığı məhz xroniki gedişi nəzərdə tutur, immun sistem və virus aralarında balans yaradır, qaraciyər sabit işini təmin edir. Minimal zədələnmə uzun zaman davam edərsə, qaraciyər ehtiyatları tükənir və ölmüş hüceyrələr fibroz toxuma ilə əvəzlənir. Buna fibroz, sonrakı mərhələ isə sirroz deyilir.

- Doktor, hepatit B və C virusları sirroz yarada bilərmi?

- Xüsusilə hepatit B və hepatit C xroniki gediş zamanı çox təhlükəlidir. Elmi tədqiqatlara görə, dünyada sirroz və qaraciyər xərçəngi hallarının yarıdan çoxunun səbəbi məhz bu iki virusdur. Virus qaraciyər hüceyrələrinə daxil olduqdan sonra immun sistem onları məhv etməyə çalışır. Əslində, qaraciyərə əsas zərəri virus deyil, yoluxmuş hüceyrələri hədəf alan orqanizmin öz müdafiə sistemi vurur. Nəticədə çapıq toxuması yaranır, qaraciyərin normal strukturu pozulur və zamanla sirroz inkişaf edir.

Unutmamalıyıq ki, hepatit C xəstəliyində daşıyıcılıq olmaz. Bu virus varsa, demək, xroniki iltihab və sonluq isə məlumdur - sirroz. Buna görə hepatit C aşkarlanan istənilən şəxs müalicə almalıdır. Son müasir dərmanlarla hepatit C virusu üç ay ərzində tam sağala bilir. Hepatit B-nin isə əgər D virusu yanaşı getmirsə, rahatlıqla fəaliyyətini bloklamaq mümkündür. Hepatit Delta, yəni D virusu isə hələ də təbabət qarşısında duran əsas ciddi problem olmaqda davam edir.

- Hepatit diaqnostikasında hansı testlər aparılır?

- Diaqnoz üçün bir neçə əsas üsullardan istifadə olunur. Qan analizləri qaraciyər fermentlərinin yüksəlməsini göstərir. Seroloji testlər hepatit markerlərini aşkarlayır, PCR müayinəsi isə virusun genetik materialını müəyyən edir və onun miqdarını ölçür. Qaraciyərin ultrasəs müayinəsi və elastoqrafiya fibrozun dərəcəsini göstərməyə kömək edir.

Əgər bir insan hepatit A, B, C və ya yeni virus növü E-yə yoluxubsa, onda həmişə yaddaş marker anticisimlər qanda qalır və testlərdə aşkara çıxa bilir, virusun qanda olub-olmaması isə ancaq PCR deyilən test ilə dəqiqləşdirilir. Lakin burada vacib məqam PCR müəyyən edən laboratoriyalarda bu virusun ən minimal səviyyəsini təyin etməyə imkan verməlidir.

- Hepatit virusları ilə yoluxmamaq üçün hansı gigiyena qaydalarına riayət etmək lazımdır?

- Yoluxmamaq üçün profilaktika olduqca vacibdir. Əllərin tez-tez yuyulması, çiy və ya çirkli qidalardan uzaq durmaq, yalnız steril tibbi və kosmetoloji alətlərdən istifadə etmək mühüm qaydalardır. Dırnaqtutan, daraq, diş fırçası, qayçı kimi gigiyenik alətlər ayrı saxlanılmalı və fərdi olmalıdır.

Hepatit B-yə qarşı vaksinasiya yoluxmadan qorunmağın ən etibarlı üsuludur. Təəssüf ki, hepatit C üçün hələ vaksin yoxdur. Buna görə də riskli davranışlardan - qorunmamış cinsi əlaqə və ya steril olmayan iynələrin istifadəsindən qaçmaq lazımdır.

- Hepatit xəstələrinin qidalanması necə olmalıdır?

- Müalicə ilə yanaşı, hepatit xəstələrinin qidalanması da diqqətdə saxlanmalıdır. Qaraciyərin yükünü azaltmaq üçün qızardılmış və yağlı yeməklərdən imtina etmək, spirtli içkilərdən uzaq durmaq şərtdir. Balıq, toyuq, yumurta və paxlalılar kimi yüksəkkeyfiyyətli zülallar qaraciyərin bərpasına kömək edir. Tam taxıllar, tərəvəzlər və meyvələr enerji və vitamin mənbəyi kimi faydalıdır. Həkim məsləhəti ilə vitamin D və antioksidant dəstəyi də əlavə edilə bilər.

Ən vacib məqam - qurudulmuş otlar və ot bitkilərinin çaylarından uzaq durmaq lazımdır, çünki hepatit olan qaraciyər zədəli hesab edilir və bu bitki çayları qaraciyərə əlavə toksin yükü deməkdir.

Hepatitlərdən qorunmaq vaxtında müayinə və vaksinlə mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 600   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel 2024
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel 2024
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024