Bir sıra qanunlara kazinolarla bağlı dəyişikliklər edildi

Bir sıra qanunlara kazinolarla bağlı dəyişikliklər edildiPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, fərmanla müəyyən edilir ki:

- "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Qanununun 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 8-2.5-ci, 8-2.6-cı (hər iki halda) və 8-2.7-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin qanunun 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin ikinci cümləsində, 8-2.5-ci, 8-2.6-cı (ikinci halda) və 8-2.7-ci (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

- həmin qanunun 8-2.4-cü maddəsinin birinci cümləsində, 8-2.6-cı (birinci halda) və 8-2.7-ci (ikinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzərdə tutulur.

Eləcə də "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həmin qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir.

Azərbaycan Nazirlər Kabinetinə:

- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

- bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək:

1. "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Qanununun 8-2.2-ci maddəsinin birinci cümləsinə, 8-2.4-cü maddəsinin ikinci cümləsinə, 8-2.5-ci və 8-2.6-cı maddələrinə uyğun olaraq, kazino oyunlarının təşkili və keçirilməsi üçün xüsusi ayrılan yerlərə dair tələbləri, kazino oyunlarının təşkili üçün lisenziya verilməsinin şərtlərini (tələblərini), kazino oyunlarının təşkili və keçirilməsi qaydasını, habelə kazino oyunlarının operatoruna dair tələbləri;

2. həmin Qanunun 8-2.7-ci maddəsinə uyğun olaraq, kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət qaydasını;

3. "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə isə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək həvalə olunur.

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I); 2024, № 7, maddələr 788, 806, № 8, maddə 950; 2025, № 5, maddə 450) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- 2.3.6-cı yarımbənddən "həyata keçirir" sözləri çıxarılır;

- aşağıdakı məzmunda 2.3.7-ci yarımbənd əlavə edilir:

"2.3.7. həmin qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir";

- 2.7-ci bənddən "isə" sözü çıxarılır və həmin bəndə "Nəqliyyat Nazirliyi" sözlərindən sonra ", həmin qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi" sözləri əlavə edilir.

"Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I); 2024, № 8, maddə 938, № 12 (II kitab), maddə 1373) aşağıdakı dəyişikliklər edilir:

- 3-cü hissədə "156" rəqəmləri "165" rəqəmləri ilə, "68" rəqəmləri "77" rəqəmləri ilə əvəz edilir;

- həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə" üzrə:

1. 2.0.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir, aşağıdakı məzmunda 2.0.7-ci, 2.0.8-ci və 3.0.30-8-3.0.30-10-cu yarımbəndlər əlavə edilir:

"2.0.7. qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya vermək, lisenziya şərtlərinə riayət olunmasına nəzarət etmək;

2.0.8. kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət etmək.";

"3.0.30-8. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kazino oyunlarının təşkili üçün lisenziya vermək, lisenziya şərtlərinə riayət olunmasına nəzarət etmək;

3.0.30-9. qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müəyyən etmək, lisenziya müqaviləsi bağlamaq;

3.0.30-10. qanuna uyğun olaraq kazino oyunlarının keçirilməsi üçün kazino oyunları operatorunun cəlb edilməsinə dair müqavilələrin bağlanılmasına razılıq vermək;".

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (I kitab), maddə 656) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- 1.1-ci bənddə "və 9-cu maddəsində" sözləri ", 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 8-2.5-ci, 8-2.6-cı (hər iki halda), 8-2.7-ci (hər iki halda) və 9-cu maddələrində" sözləri ilə əvəz edilir;

- 1.2-ci bəndə "6.3-cü" sözlərindən sonra ", 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin ikinci cümləsində, 8-2.5-ci, 8-2.6-cı (ikinci halda), 8-2.7-ci (birinci halda)" sözləri əlavə edilir;

- 1.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilir:

"1.7. həmin Qanunun 8-2.4-cü maddəsinin birinci cümləsində, 8-2.6-cı (birinci halda) və 8-2.7-ci (ikinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzərdə tutulur".

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 786   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr