UNICEF-in Azərbaycandakı nümayəndəsinin diplomatik missiyası başa çatıb
29 iyul 2025-ci ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə təşəbbüs və layihələrdən bəhs olunub.
Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Ölkəmizin BMT-nin, habelə UNICEF-in fəaliyyətində aktiv iştirakı qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, o cümlədən növbəti il ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Ölkəmizdə uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, Azərbaycanın donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı məlumatlandırıb, vətəndaşlarımızın öz torpaqlarına ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.
Saja Farooq Abdullah ölkəmizdə fəaliyyəti müddətində Azərbaycanda uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu vurğulayıb.
Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-UNICEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA
Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMA
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO
Cövdət aktrisa xanımı ilə - Foto
"Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz" - Faiq Sücəddinov
II qrupda bu universitetlər təhsil haqlarını artırdı (TAM SİYAHI)
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO
Valideynlərə XƏBƏRDARLIQ: Bu məhsulların qiyməti BAHALAŞDI
Magistratura karyerada üstünlük yaradır, yoxsa sadəcə diplom sayını artırır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Eyni supermarket, fərqli qiymət: Bu nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMA
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
Mədəni irsimizə HÖRMƏTSİZLİK: Turizm imicinə mənfi təsir göstərə bilər