Netanyahuya görə ərindən boşanır
Siyasi baxışlar getdikcə ailələrdəki böhranların səbəbinə çevrilir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Hayfada bir qadın ərinin baş nazir Benyamin Netanyahuya dəstək verməyəcəyinə dair verdiyi vədi pozduğunu iddia edərək, boşanmaq üçün ərizə verib. O, bu vədi oktyabrın 7-də baş verən faciəli hadisədən sonra verib. Bir neçə ay sonra isə mövqeyini dəyişib. Bu, arvadın dediyinə görə, onu "sındırıb".
Cütlük 18 ildir evlidir və üç övladı var. 54 yaşlı qadın boşanmaq üçün vəkilinə müraciət edib. O, HƏMAS-ın hücumundan sonra ərinin bir daha Netanyahuya səs verməyəcəyinə söz verdiyini iddia edir.
"Mənim doydum. Mən bir daha heç vaxt ona səs verməyəcəyəm", - o deyib.
Ancaq bu yaxınlarda fikrini dəyişib. Buna səbəb İranla münaqişə olub. Kişi yenidən Netanyahunu tərifləməyə və onu "alternativləri olmayan güclü lider" adlandırmağa başlayıb. Həyat yoldaşının dediyinə görə, özünü xəyanət olunmuş hiss edib.
"Bu, sadəcə olaraq, siyasi fikir deyil. Bütün baş verənlərdən sonra mən onun sözünün üstündə duracağını gözləyirdim", - o vurğulayıb.
Ailə münaqişəsi ən yaxın qohumlara da təsir edib. Mətbuatda yayılan xəbərlərə görə, cütlüyün ailələri müxalif siyasi baxışlara malikdir. Bir tərəf solçu "Merets" partiyasını, digər tərəf isə ideoloji cəhətdən sağçı qüvvələri dəstəkləyir.
Qadını təmsil edən vəkil Roi Qoldşteyn izah edib ki, boşanmaya səbəb siyasi məqam olub: "Onlar 20 ilə yaxındır ki, birlikdədirlər. Həmişə siyasətlə bağlı müzakirələr aparmamağa çalışıblar. Oktyabrın 7-dən sonra o, onun fikirlərini dəstəkləyib və o, özünü daha yaxın hiss edib. Amma İranla gərginlikdən sonra, o, əvvəlki mövqelərinə qayıdıb. O, bunu xəyanət kimi qəbul edib".
Kişi hələ də ailəni bir yerdə saxlamağa ümid edir. O, evdə siyasətdən danışmağı dayandırmağı təklif edib, lakin vicdanına uyğun olaraq səsvermə hüququnda israr edir. "Mən özümü vətəndaş seçimindən məhrum etməyə icazə verməyəcəyəm", - o deyib.
Cütlüyün böyük oğlu, 17 yaşlı yeniyetmə də münaqişədən danışıb. O, anası ilə söhbətində deyib: "Doğrudanmı Bibiyə görə boşanırsan? Bu, indiyə qədər eşitdiyim ən axmaq şeydir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1159 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq
"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista
15 oktyabrLaos üzv dövlət qismində AQEM-ə qoşulub
Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib
15 oktyabrHakan Fidan Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək
14 oktyabrİlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd
15 oktyabrAzərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i
15 oktyabr17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul
15 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabr