"Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində təşəbbüskarlıq və müstəqillik vacibdir" - POLİTOLOQ

"Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində təşəbbüskarlıq və müstəqillik vacibdir" - POLİTOLOQ"Azərbaycan dövləti, Azərbaycan diaspor təşkilatlarının xarici ölkələrdə daha effektiv fəaliyyət göstərməsi üçün bütün mümkün imkanlardan istifadə edir. Hətta, Azərbaycanda bu sahəyə aid xüsusi bir qurum da mövcuddur. Bu qurum diaspor təşkilatlarının fəaliyyətini koordinasiya edir, onların ehtiyaclarını və fəaliyyət istiqamətlərini ciddi şəkildə müəyyənləşdirir və dəstək göstərir".

Bu sözləri Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.

O, açıqlamasında qeyd edib ki, burada önəmli məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan diaspor təşkilatlarının dövlətlə koordinasiyalı şəkildə beynəlxalq müstəvidə fəaliyyət göstərməsi tamamilə normal haldır:

"Əsas məsələ odur ki, Azərbaycan diaspor təşkilatları əslində yalnız Azərbaycan dövlətindən dəstək və yardım gözləməməlidir. Onlar öz təbliğat və dəstək fəaliyyətlərini daha təşəbbüskar formada qurmağa çalışmalıdırlar.

Bu baxımdan nümunələr mövcuddur. Dünyada bir çox diaspor təşkilatları, o cümlədən erməni diaspor təşkilatları, Ermənistandan ciddi dəstək almadan fəaliyyət göstərir və əksinə, Ermənistana dəstək olurlar".

Politoloq onu da vurğuladı ki, ümumilikdə götürdükdə, diaspor təşkilatları artıq fəaliyyət standartlarını müəyyənləşdirməli və Azərbaycana faydalı təbliğatın, eyni zamanda fəaliyyətin tənzimlənməsi üçün konkret proqram və layihələr üzərində işləməlidirlər:

"Əgər bu məsələlər yalnız Azərbaycanın dəstəyi və dövlətin maliyyəsi ilə həll edilməyə çalışılarsa, bu, bir qədər çətin ola bilər.

Doğrudur, Azərbaycan dövlətinin bu sahədə kifayət qədər resursları mövcuddur və bu proseslər maksimum səviyyədə dövlət tərəfindən istiqamətləndirilir və dəstəklənir. Lakin Azərbaycan diaspor təşkilatlarının təşəbbüskar olması və fəaliyyət göstərdikləri ölkələrdə siyasi və iqtisadi sistemdə təsirli mövqelərə sahib olması daha effektiv fəaliyyət üçün vacibdir.

Bu istiqamətdə diaspor təşkilatları təcrübə topladıqca, müəyyən effektiv və pozitiv irəliləyişlərin müşahidə olunacağı gözlənilir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusuna uyğun olaraq dərc edilir.
"Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində təşəbbüskarlıq və müstəqillik vacibdir" - POLİTOLOQ


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1272   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15 oktyabr
.

Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətlərində qardaşlıq qarşılıqlı hörmətə və suverenliyə ehtirama əsaslanmalıdır

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlığa, ortaq milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlərin gücü yalnız ortaq tariximizdə deyil, həm də bir-birimizin dövlətçilik maraqlarına, suveren hüquqlarına və milli seçimlərinə hörmətlə yanaşmağımızdadır. Məhz buna gör

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr