"Akasya Durağı"nın Zeynosu 14 illik sevgilisi ilə evləndi
Bir dövrün fenomen serialı olan "Akasya Durağı"nın Zeynosu, son olaraq Kızıl Goncalar serialında rol alan aktrisa Sitare Akbaş həmkarı Cengiz Orhonlu ilə ailə həyatı qurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən ay ailə arasında keçirilən sadə bir mərasimlə nişanlanmışdı. Nişandan sonra evlilik hazırlıqlarına başlayan Akbaş və Orhonlu, 3 avqustda İstanbulda nikah masasına oturub.
Toy öncəsi adət-ənənələrə sadiq qalan cütlük, yaxın dostları və ailə üzvlərinin iştirakı ilə xına gecəsi təşkil edib. Sitare Akbaş həmin gecə ənənəvi bindallı geyinib və mərasimdən çəkilən xoşbəxt anlara dair fotolar sosial şəbəkədə böyük maraq görüb. Nikah günü isə Cengiz Orhonlu, gəlinini evindən musiqi müşayiəti ilə alıb. Şən və rəngarəng anlara səhnə olan bu ənənəvi çıxış, dostlar və qonaqlar tərəfindən sosial mediada paylaşılıb.
Toy mərasiminə sənət və media dünyasından çox sayda tanınmış sima qatılıb. Şıqlığı və zərifliyi ilə diqqət çəkən Sitare Akbaş, nikah sonrası açıqlamasında hisslərini belə ifadə edib:
"Cengizlə biz 14 illik dostuq. Həyat bizə belə gözəl bir sürpriz etdi. Bir ay əvvəl evlənməyə qərar verdik. Bir-birimizi yaxşı və pis tərəflərimizlə tanıdığımız üçün bu qərarın tələsik olmadığını düşündük, amma hamı çox təəccübləndi. Həyat bizə belə gözəl, fərqli bir hekayə hədiyyə etdi. Çox xoşbəxtik."
Cengiz Orhonlunun Türk sənət musiqisinin unudulmaz səsi Kamuran Akkorun nəvəsi olduğu xəbəri də son günlərdə üzə çıxıb və bu məlumat magazin gündəmində böyük səs-küy yaradıb. Cütlüyün münasibətlərini uzun müddət gözlərdən uzaq yaşaması isə pərəstişkarlarından tam dəstək alıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkdar artist AzTV-də aparıcılıq edir
Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı
4 sentyabr 2021Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl
16 sentyabr 2021Afaq Gəncəli ATV-dən getdi
Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini
6 sentyabr 2021"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ
Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah
8 sentyabr 2021Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR
Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə
7 sentyabr 2021