Qardaşlar arasında park yeri davası qanla bitdi: biri öldü, biri yaralandı
İstanbulun Sancaktepe rayonunun Akpınar məhəlləsində eyni binada yaşayan qardaşlar arasında park yeri üstündə başlayan mübahisə faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ali Ş. və qardaşı Murat Ş. arasında avtomobilin dayanacağı ilə bağlı mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində Ali Ş. odlu silahla qardaşı Murat Ş.-yə və onun həyat yoldaşı Cennet Ş.-yə atəş açıb.
Hadisə yerinə səs-küyü eşidən qonşuların məlumatı ilə hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib. Sağlıq işçilərinin yoxlaması nəticəsində Murat Ş.-nin hadisə yerində həyatını itirdiyi müəyyən edilib. Ayağından yaralanan Cennet Ş. isə ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Polis Ali Ş.-ni hadisədə istifadə etdiyi silahla birlikdə saxlayıb. Murat Ş.-nin meyiti araşdırmaların tamamlanmasının ardından Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna göndərilib.
Faktla bağlı istintaq başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1438 Tarix: 04 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabr