Təhlükəli sosial media trendləri: influencer ana video çəkmək istəyərkən onurğasını sındırdı
Rusiyanın Yekaterinburq şəhərində yaşayan 32 yaşlı influencer ana Mariana Barutkina sosial mediada yayılan "Stiletto Challenge" adlı təhlükəli trendə qatılmaq istəyərkən ağır xəsarət alıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı onurğasında kompressiya sınığı yaranan Barutkinanın üç ay ərzində xüsusi tibbi korset taxacağı bildirilib.
Nicki Minaj-ın High School klipindən ilhamlanan bu təhlükəli trenddə iştirakçılar hündür dabanlı ayaqqabılarla riskli balans hərəkətləri edirlər. Barutkina çəkiliş zamanı bir bankanın üzərinə çevrilmiş qazan qoyaraq dabanlı ayaqqabı ilə poza verməyə çalışıb, lakin tarazlığını itirərək kürəyi üstə yerə yıxılıb və ağır yaralanıb.
Doğuşdan cəmi səkkiz həftə sonra belə riskə gedən Barutkina, hadisədən sonra "Blog açmağa qərar verdim, bu ilk çəkilişim idi, indi isə həkim rəyi ilə evə dönürəm. Həyat bəzən insanı ən gözlənilməz anda sınağa çəkir," – deyə açıqlama verib.
Hadisənin görüntüləri sosial mediada qısa zamanda yayılıb və bir çox istifadəçi influencer ananı şöhrət naminə həm öz sağlamlığını, həm də körpəsini təhlükəyə atmaqda ittiham edib. Şərhlər arasında "İroniyadır, karmadır, yoxsa sadəcə axmaqlıq?", "32 yaşına çatıb uşaq sahibi olmusan, amma hələ də ağıllanmamısan" kimi sərt tənqidlər yer alıb.
Tənqidlərə cavab olaraq Barutkina, "Yanımda iki baxıcı var, körpəm güvəndədir. Bir video ilə məşhurlaşdım, indi isə tövsiyələrə əməl edirəm və yaxşıyam. Çəkiliş zamanı baxıcılardan biri uşağımın yanında idi," – deyə bildirib.
Bu hadisə, ötən günlərdə Rusiyada iki influencerın Ukraynaya hücum zamanı alovlanan neft obyektinin qarşısında TikTok videosu çəkdiklərinə görə həbs edilməsindən sonra baş verən ən son sosial media qalmaqalı kimi diqqət çəkib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1526 Tarix: 05 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr