72 yaşlı kişi eyni gün həm evini, həm həyat yoldaşını itirdi
Adananın Yüreğir rayonunda yaşayan 72 yaşlı Mustafa Şamar, eyni gün həm həyat yoldaşını, həm də evini itirdikdən sonra çətin həyat şəraitində təkbaşına yaşayır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hazırda ayda təxminən 5 min TL yaşlılıq maaşı ilə keçinməyə çalışan Şamar, depodan çevrilmiş bir otaqlı kirayə evdə qonşularının yardımı ilə h'yatda qalmağa çalışır.
Gəncliyində sığortasız inşaat işlərində çalışan Mustafa Şamar, 1976-cı ildə Gülər Şamar ilə ailə qurub və Anadolu məhəlləsində kirayə götürdükləri taxta evdə 2 qız, 1 oğlan övladı böyüdüb. Lakin illər keçdikcə ailə sağlamlıq problemləri ilə üzləşib. Gülər Şamar Alzaymer xəstəliyinə tutulub və vəziyyəti ağırlaşdığı üçün 2013-cü ildə xəstəxanaya yerləşdirilib. Həmin gün evlərində sobadan çıxan alov yanğına səbəb olub və ev tamamilə yanaraq yararsız hala düşüb. Evinin yandığını öyrənən Gülər Şamar, xəstəxanada vəziyyəti pisləşərək eyni gün dünyasını dəyişib.
Arvadını itirdikdən sonra bir müddət övladlarının evində qalan Mustafa Şamar, onların soyuq münasibət göstərdiyini hiss etdiyini deyib. Daha sonra dostunun yardımı ilə indiki yaşadığı depodan çevrilmiş bir otaqlı evə köçüb. "Uşaqlarım mənə qarşı getdikcə laqeyd oldular, istənilmədiyimi hiss etdim. Buna görə yanlarından ayrıldım. Təxminən bir ildir bu yerdə tək yaşayıram. Komşularım kömək edir, amma övladlarım nə zəng edir, nə də hal-əhvalımı soruşur. Hayatımın son illərini daha yaxşı şəraitdə keçirmək üçün yardım istəyirəm," – deyə Şamar bildirib.
O, övladlarından ən azı bir zənglə vəziyyətini soruşmalarını gözlədiyini deyərək belə danışıb: "Gecələr bura tam qaranlıq olur, başıma bir iş gəlsə, heç kimin xəbəri olmayacaq. Son dəfə onları çağırıb ‘xəstəyəm, məni buradan alın’ dedim, amma əsəbiləşib telefonu üzümə bağladılar. Uzun müddətdir nə düzgün yemək yeyirəm, nə də su içirəm. Sadəcə komşu esnaf zeytun, pendir, yağ kimi əsas ehtiyaclarımı qarşılayır. Yetkililərdən mənə sahib çıxmalarını və daimi yaşayış yeri təmin etmələrini istəyirəm."
Kozan Çarşısında fəaliyyət göstərən esnaf Ömər Kaya da Mustafa Şamarın əsas ehtiyaclarının komşuların dəstəyi ilə qarşılandığını bildirib: "Mustafa ağabeyimiz kimsəsizdir, bu yaşda təkbaşına yaşamaq çox çətindir. Biz əlimizdən gələn yardımı edirik, amma onun üçün davamlı dəstək lazımdır. Yetkililərdən ona sahib çıxmalarını gözləyirik."
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1493 Tarix: 06 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr