Londonda türk vətəndaşı silahlı hücum nəticəsində öldürülüb
Londonda dəhşətli silahlı hücum baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şəhərin ən prestijli bölgələrindən biri olan Stoke Newington-da 45 yaşlı türk vətəndaşı, iki uşaq atası Erdal Özmen küçənin ortasında odlu silahla vurularaq həyatını itirib. Hadisə bazar ertəsi gecə saat 00:18 radələrində baş verib. Silah səsləri bölgə sakinlərini yuxudan oyadıb. Polis hadisə yerinə qısa müddətdə çatsa da, Özmenin həyatını xilas etmək mümkün olmayıb.
Hackney-də sosial klub işlədən Erdal Özmenin öldürülməsi, bu il Londonda baş verən və ölümlə nəticələnən altıncı silahlı hücum kimi qeydə alınıb. Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.
Polis ilkin açıqlamasında hücumun məqsədli şəkildə törədildiyini və ictimaiyyətə qarşı bir təhlükə olmadığını bildirib. Lakin bəzi sakinlər hadisənin çete əlaqəli ola biləcəyini iddia edir.
Hadisənin şahidlərindən 58 yaşlı Liza Dodds, yaşadıqlarını belə təsvir edib:
"Gecə həyat yoldaşım silah səsləri ilə oyandı. Pəncərədən baxanda polis əməkdaşlarının yerdə uzanan adama uzun müddət ürək masajı etdiyini gördük."
Dodds bölgənin adətən çox təhlükəsiz və zəngin olduğunu vurğulayaraq deyib:
"Ev qiymətləri milyonlarla funt dəyərindədir, əsasən bankirlər və vəkillər yaşayır. Hamı bir-birini tanıyır, belə bir hadisə gözlənilməz idi."
Başqa bir şahid Rosa Gilbert də hadisə anında böyük panika yaşandığını bildirib:
"Silah səsindən bir neçə dəqiqə sonra çoxlu polis və təcili yardım maşını gəldi. İnsanların qışqırtı səsləri eşidilirdi."
Sakinlərdən Anneli Knight isə hadisənin çete əlaqəli ola biləcəyi barədə söz-söhbətlər olduğunu, lakin bunun birbaşa yerli əhaliyə qarşı olmadığını deyib:
"Yenə də belə bir şeyin bu məhəllədə baş verməsi narahatlıq doğurur."
Digər bir sakin Paul Orris isə deyib:
"Gecə üç silah səsi eşitdim, əvvəlcə havai fişek olduğunu düşündüm. Az sonra polis sirenləri eşidildi."
Polis araşdırmanı davam etdirir. Son aylarda Londonda artan silahlı hücumlar bölgə sakinləri arasında ciddi narahatlıq yaradıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1157 Tarix: 06 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr