Vəfat edən gəncin iti 10 gün məzarı başında gözlədi – Məşhur sənətçi sahibləndi - VİDEO

Vəfat edən gəncin iti 10 gün məzarı başında gözlədi – Məşhur sənətçi sahibləndi - VİDEOHakkarinin Yüksəkova rayonuna bağlı Akocak kəndində baş verən hadisə heyvan sevgisinin gücünü bir daha göz önünə sərib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Van şəhərində 27 yaşlı Muğdat Esener keçirdiyi ürək tutması nəticəsində xəstəxanada dünyasını dəyişib. Onun ölümü yalnız ailəsini və yaxınlarını deyil, 4 il əvvəl sahibləndiyi sadiq dostunu – itini də dərindən sarsıdıb.

21 iyulda Akocak kənd qəbiristanlığında dəfn edilən Esenerin iti, mərasim bitdikdən sonra belə sahibinin məzarını tərk etməyib. Tam 10 gün boyunca məzar başında gözləyən sədaqətli heyvan həm ailəni, həm də qəbiristanlığı ziyarət edənləri duyğulandırıb.

Esenerin qardaşı Enes Esener hadisə ilə bağlı belə deyib:

"Dəfndən bu yana 10 gün keçib, amma it hələ də məzarın yanındadır. Onun bu sədaqəti bizi çox təsirləndirdi. Bu it artıq bizim üçün qardaşımın bir yadigarıdır."

Hadisə sosial mediada böyük rezonans doğurub. Minlərlə insan paylaşım edərək həm Muğdat Esenerə, həm də itin sədaqətinə hörmətini ifadə edib. Qısa müddətdə bu hadisə ölkə gündəminə çevrilib.

Sonradan itə sahib çıxan şəxs isə diqqət çəkib. Tanınmış sənətçi Ceylan Ertem sosial şəbəkə hesabında paylaşım edərək heyvanı sahibləndiyini bildirib:
"Adını Heval qoydum. Yoldaş, dost deməkdir," – deyə Ertem yazıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1308   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşu davası qanlı bitdi

Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi

26 avqust
.

Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə

25 avqust
.

Mətbəx əşyalarına gizlətdikləri qızıl və pulu təyyarədən keçirmək istədilər - VİDEO

Hindistanın paytaxtı Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında gömrük əməkdaşları eyni gün ərzində iki fərqli qaçaqmalçılıq cəhdinin qarşısını alıblar. Sərnişinlərin baqajlarında aparılan yoxlamalar zamanı mətbəx əşyalarının içərisində gizlədilmiş minlərlə dollar və yüzlərlə qram qızıl aşkarlanıb

21 avqust
.

Çeşməyə yaxınlaşan qadın gördüklərinə inana bilmədi: "İlk dəfə belə bir şey görürəm" - VİDEO

Bir vətəndaşın qarşılaşdığı jetonla işləyən xeyriyyə çeşməsi təəccübə səbəb olub. xarici mediaya istinadla xəbrə verir ki, sistemi görən vətəndaş çeşmədən istifadə etmək üçün jetondan yararlanılmalı olduğunu görərək təəccübünü videoya çəkib. O, bu sistemin xeyriyyə anlayışına nə dərəcədə uyğun olduğun

28 avqust
.

İcra hakimiyyəti binasında silahlı insident - VİDEO

Antalyanın Kepez rayonunda İcra hakimiyyəti binasında iki tapança ilə atəş açaraq qorxu yaradan İlçe Milli Təhsil İdarəsinin əməkdaşı M.Y. barəsində aparılan inzibati araşdırma başa çatıb. Məmura maaşdan tutulma və vəzifə pilləsində irəliləyişin dayandırılması cəzası verilib. O, Tuncelinin Ovacık rayonun

19 avqust
.

8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə

25 avqust
.

Başına ot presi düşən kişi öldü

Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib. 1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib

20 avqust
.

Qadın usta, gözəllik salonda baş verənləri ifşa etdi: "Müştəriləri öpürdü" - VİDEO

Türkiyənin Samsun şəhərində qadın salonunda çalışmış gənc qadının keçmiş müdiri barədə sosial mediada səsləndirdiyi iddialar gündəm olub. O, keçmiş salon sahibinin həm işçiləri, həm də müştəriləri narahat etdiyini və sərhədləri aşan davranışlar nümayiş etdirdiyini iddia edib. Bu barədə xarici mediay

26 avqust
.

Boşanma mərhələsində olan cütlüyün mübahisəsi gündəm oldu - VİDEO

İstanbulun Esenyurt rayonunda boşanma mərhələsində olan cütlük arasında uşaqların təhvil verilməsi zamanı mübahisə yaşanıb. Serra Biber adlı qadın hadisə zamanı həyat yoldaşının ona ağır təhqirlər etdiyini iddia edərək görüntüləri sosial mediada paylaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni

19 avqust