Özbəkistanda Eminə qarşı yazıların arxasında Kreml durur?
Özbəkistanda "Sea Breeze" layihəsinin Çarvak bölgəsində həyata keçirilməsi ölkə ictimaiyyəti və iqtisadi ekspertlər arasında ciddi suallar doğurub.
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, layihəyə etirazların ictimaiyyətə çatdırılmasında iqtisadçı Otabek Bakirovun çıxışları və yarımmüxalif Anhor.uz platformasının yayımladığı videolar mühüm rol oynayıb.
İddialara görə, layihənin reallaşması üçün Emin Ağalarova 5 milyard dollar dəyərində kredit verilməsi, 577 hektar torpaq sahəsinin ayrılması, yolların, körpülərin və digər infrastrukturun isə dövlət büdcəsi hesabına tikilməsi nəzərdə tutulub. Ən çox tənqidə səbəb olan məqam isə odur ki, gəlir müəyyən faizlə Ağalarovlara çatacaq, ancaq mümkün risk və zərərlərin yükünü Özbəkistan dövləti daşıyacaq. Özbəkistandakı bir sıra ictimai xadimlər və media təmsilçiləri bu müqavilə modelini ədalətsiz hesab edirlər.
Sayt yazır ki, bu cür iddiaların qaldırılması və yönləndirilməsi ədalətsizdir. Böyük ehtimalla, bu ajiotajın arxasında Rusiya dayanır. Çünki hazırda Kreml Azərbaycanla qarşıdurma mərhələsində ölkəmizə yaxın hər kəsi hədəfə götürüb. Həmçinin "Crocus" şirkətlərinin sahibləri Ağalarovlar da ciddi şəkildə hədəfdədirlər.
Bu şirkətə qarşı həyata keçirilən qanlı terrorun məhkəməsindən istifadə edib, Araz Ağalarova təzyiq rıçağı yaradırlar.
Eminin bu tip irimiqyaslı layihələri həyata keçirməkdə böyük təcrübəsi olduğu danılmaz faktdır. O, artıq Azərbaycanın Abşeron yarımadasında, Nardaran kəndi ərazisində 1500 hektardan çox sahədə yerləşən "Sea Breeze" istirahət kompleksi layihəsini uğurla icra etməkdədir. Bu zona Bakı üçün yalnız turizm deyil, həm də urbanizasiya və sosial infrastruktur baxımından mühüm bir cazibə mərkəzinə çevrilib.
Ağalarovların brendi artıq təkcə Azərbaycanla məhdudlaşmır – Özbəkistandakı layihənin ardınca Türkiyənin Bodrum şəhərində də analoji turizm və yaşayış kompleksi layihələndirmə mərhələsinə qədəm qoyub. Bu fakt Ağalarovun artıq beynəlxalq miqyasda tanınan və tətbiq edilə bilən bir layihə modelinə sahib olduğunu göstərir.
Bu baxımdan, Emin Ağalarovun Özbəkistandakı "Sea Breeze" layihəsinin öhdəsindən gələcəyi qənaəti reallığa uyğundur. Çünki bu iş adamı artıq Azərbaycan təcrübəsində sübut edib ki, turizm infrastrukturu qurmaq, əraziləri cazibədar məkana çevirmək və böyük layihələri sıfırdan inşa edib uğurla idarə etmək bacarığına malikdir.
Gözləntilər ondan ibarətdir ki, Özbəkistan hökuməti bu layihə ilə bağlı şəffaflığı təmin edəcək, həm ictimaiyyəti, həm də investisiya mühitini razı salacaq balanslı model təqdim edəcək.
Eyni zamanda, Özbəkistan mediası da kənar təsirlərdən çıxaraq, Azərbaycan əsilli iş adamına və Abşeron markası olan "Sea Breeze" layihəsinə obyektiv yanaşacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi