Gənc moda dizayneri lüks gəmidə müəmmalı şəkildə ölüb
ABŞ-ın Nyu-York ştatının məşhur istirahət məkanı Hamptonsda faciəvi hadisə baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Montauk gəmi Klubunda dayanmış "Ripple" adlı lüks gəmidə 33 yaşlı irlandiyalı moda dizayneri Martha Nolanın cansız bədəni tapılıb. Gənc qadının ölüm səbəbi hələ də dəqiqləşməyib.
Hadisə ilə bağlı polisin verdiyi məlumata görə, gecə saatlarında 911 xidmətinə təcili zəng daxil olub. Zəng edən şəxs gəmidə huşsuz halda bir qadının olduğunu bildirib. Hadisə yerinə çatan təcili tibbi yardım qrupları Marthaya ilkin yardım göstərməyə çalışsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, gecə gəmidən çığırtılar eşidilib. Gəminin sahibi olduğu düşünülən bir kişi "O, mənim sevgilimdir!" deyərək kömək istəyib.
İlkin ekspertiza nəticələrinə əsasən, Marthanın bədənində zorakılıq izlərinə rast gəlinməyib. Lakin ölüm səbəbinin dəqiq müəyyənləşməsi üçün əlavə tibbi testlərin aparılacağı bildirilib. Məsələ ilə bağlı istintaq davam edir və cinayət işlərinə baxan xüsusi detektivlər də araşdırmaya cəlb olunub.
Qeyd edək ki, Martha Nolan "East x East" adlı dəbdəbəli geyim markasının və uniseks üslubda daha münasib qiymətli "Duper" brendinin yaradıcısı idi. Sosial şəbəkələrdə lüks həyat tərzi ilə tanınan dizayner tez-tez özəl təyyarələrlə səyahət etdiyi, bahalı hotellərdə qaldığı və helikopterlə istirahətə yollandığı görüntüləri paylaşırdı. TikTok-da yayımladığı son videoda isə Montaukda açdığı pop-up mağazanı göstərərək "Hədəflərimə çatdım" deyə qeyd etmişdi.
Marthanın qəfil ölümü həm İrlandiyada, həm də moda dünyasında dərin hüzn doğurub. Onun iş ortağı Dylan Grace "Instagram" hesabında yazıb: "Birlikdə çox xəyallar qurduq, çox güldük. Səni tanımaq böyük bir xoşbəxtlik idi. Səni çox sevirəm, Mar"
İrlandiyanın Xarici İşlər Nazirliyi hadisəyə müdaxilə edib. Baş nazir Micheál Martin isə açıqlamasında deyib: "Gənc, istedadlı və yaradıcı bir qadını itirdik. Bu, ailəsi üçün izaholunmaz bir ağrıdır."
Marthanın böyüdüyü Carlow şəhərində isə insanlar sarsıntı içindədir. Yerli idarəçilər "Bütün dünya onun ayaqları altındaydı. Çox yazıq oldu" şərhlərini veriblər. Montauk Gəmi Klubunun üzvləri isə onu belə xatırlayıblar: "Hər kəs onu sevirdi. Həmişə gülümsəyən, pozitiv bir insan idi".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1232 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabr