Milyonçu ovçu bufalonun hücumuna məruz qalaraq həlak oldu
Cənubi Afrikada təşkil olunan dəbdəbəli safari turu faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ABŞ-dan olan milyonçu ovçu Asher Watkins, Afrikanın ən təhlükəli heyvanlarından biri hesab edilən və "Qara Ölüm" ləqəbi ilə tanınan Cape bufalosunun hücumuna məruz qalaraq həyatını itirib.
52 yaşlı Watkins, Limpopo əyalətində yerləşən 50 min dönümlük Bambisana adlı ərazidə 10 min dollarlıq safari ov turuna qatılmışdı. Onunla birlikdə peşəkar ovçu və iz sürücü də olub.
Hadisə bazar günü sıx kolluqlar arasında baş verib. Təxminən 1,5 ton ağırlığında olan nəhəng buffalo, qəfil ortaya çıxaraq təxminən saatda 55 km sürətlə Watkins-ə hücum edib. Heyvanın sərt buynuz zərbələri nəticəsində ağır yaralanan Watkins hadisə yerində həyatını itirib. Buffalo-nun hücumdan sonra öldürülüb-öldürülmədiyi isə hələ də məlum deyil.
Hadisə ilə bağlı Coenraad Vermaak Safaris şirkətinin nümayəndəsi Hans Vermaak açıqlamasında bildirib:
"Müştərimiz və dostumuz Asher Watkins-in faciəvi ölümünü dərin kədərlə bildiririk. Bu, tamamilə gözlənilməz və təhrik olunmamış bir hücum idi. Ailəsinə bu ağır günlərdə dəstək veririk."
Watkins, ABŞ-ın Texas ştatında yerləşən və lüks fermalar satan Watkins Ranch Group şirkətinin sahibi idi və Dallas Safari Clubun üzvü kimi tanınırdı. Yaxın dostlarının sözlərinə görə, o, dünya miqyasında nadir ov tüfəngi kolleksiyasına sahib idi və ən çox sevdiyi insan isə qızı Savannah idi. 2013-cü ildə boşandığı həyat yoldaşı Courtney ilə qızlarının ortaq qəyyumluğunu paylaşırdılar. Watkins-in qəfil ölümü, xüsusilə Savannah üçün böyük bir sarsıntı olub.
Cape bufaloları, hər il Afrikada təxminən 200 insanın ölümünə səbəb olur və ovçular üçün ən ölümcül heyvanlardan biri sayılır. Onların çəkisi 1,5 tona qədər, uzunluğu 3,3 metrə, boyu isə 1,7 metrə çata bilir. Güclü sümük quruluşuna sahib geniş buynuzları, hücum anında ölümcül zərbələr endirməyə qadirdir.
Safari şirkətinin rəsmi internet saytında Cape bufalosu barədə belə xəbərdarlıq edilir:
"Cape bufalosu Afrikanın ən qorxulan ov heyvanıdır. Ov zamanı yaralansalar belə, sürətlə qarşı hücuma keçə bilər və böyük sürətlə üzərinizə gələ bilər. Bu heyvanı ovlamaq soyuqqanlılıq və yüksək diqqət tələb edir."
Bu faciəvi hadisə, safari turizminin daşıdığı təhlükələri bir daha gündəmə gətirərkən, Watkins-in ailəsi və dostları onun itkisi ilə sarsılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2088 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr