Ayasofya məscidini yandırmağa cəhd ediblər

Ayasofya məscidini yandırmağa cəhd ediblərİstanbulun tarixi Ayasofya-i Kebir Cami-i Şerifində yanğın törətməyə cəhd edən şəxs M.G. polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisəyə dair yeni təfərrüatlar isə gündəmə bomba kimi düşüb.

Hadisə necə baş verib?

11 iyul saat 23:50 radələrində Ayasofya məscidinə daxil olan M.G., əlindəki kağızları rahlənin arxasında yandıraraq xalçanın alışmasına səbəb olub. Alovları görən qadın ziyarətçi dərhal məscid imamını xəbərdar edib. Camaatdan bir nəfər isə yanan xalçanı qaldıraraq alovlara müdaxilə edib və yanğın qısa müddətdə söndürülüb.

İzlər itirilməyə çalışılsa da…

Hadisədən sonra İstanbul Emniyyət Müdirliyinin əməkdaşları məsciddə araşdırmalara başlayıb. Təhlükəsizlik kameraları incələndikdən sonra şübhəlinin hadisədən sonra Sultanahmet meydanı istiqamətində uzaqlaşdığı müəyyən edilib. Kimliyi aşkarlanan M.G., evində saxlanılaraq gözaltına alınıb. 13 iyulda məhkəməyə çıxarılan M.G., tutularaq həbsxanaya göndərilib.

Yeni təfərrüatlar ortaya çıxdı

Araşdırmalar zamanı M.G.-nin Sultanahmet bölgəsinə şəxsi avtomobili ilə gəldiyi, özü ilə ehtiyat geyimlər və ətir şüşəsi gətirdiyi məlum olub. M.G. məscidə piyada gedərək, kütüxanadan bir İncil götürüb, onun səhifələrini cıraraq çakmaqla yandırıb, üzərinə ətir sıxaraq alovun daha da yayılmasına səbəb olub. Xalçanın alışdığını görən şübhəli sürətlə məsciddən uzaqlaşıb və Sultanahmetdəki izdihama qarışaraq kameralar tərəfindən görülməməyə çalışıb.

Daha sonra avtomobilinin yanına qayıdan M.G., əvvəlcədən hazırladığı ehtiyat geyimləri dəyişərək Kağıthanedəki evinə gedib. İstanbul Emniyyət Müdirliyinin Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyatla saxlanılan şübhəlinin evində hadisədə istifadə etdiyi ətir şüşəsi də tapılıb.

İstanbul Emniyyət Müdirliyinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbələri tərəfindən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1762   Tarix: 07 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr
.

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev

14 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

3 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr