Bir qadın bank və telefon dələduzlarının qurbanı oldu – indi də bank tərəfindən borclu sayılır
Ankarada yaşayan Selda K., şifrə qoymadan istifadə etdiyi telefonunun hacklənməsi nəticəsində mobil bankçılıq hesablarından ümumilikdə 628 min 500 TL pulun çıxarıldığını, üstəlik adına iki kredit rəsmiləşdirildiyini bildirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 28 yanvar səhəri baş verib. Selda K. gecə telefonu yanına qoyub yatdığını, səhər oyandığında isə telefonun sönmüş və üzərinə şifrə qoyulmuş vəziyyətdə olduğunu görüb. Evinin yaxınlığındakı telefon təmirçisində cihazını açdıran qadın, üç ayrı bankdakı hesablarındakı pulların və adına götürülmüş iki kreditin məbləğinin hissə-hissə Muhammet B. və Engin K. adlı şəxslərin hesabına köçürüldüyünü öyrənib.
Selda K. dərhal hesablarına blok qoydurub və pul köçürülən şəxsləri tanımadığını bildirərək Ankara Cumhuriyyət Baş Prokurorluğuna müraciət edib. Daha sonra bankın başlatdığı icra takibinə etiraz edərək qarşı dava açıb. O, məhkəməyə təqdim etdiyi iddia ərizəsində səhər saat 07:00 radələrində edilən böyük məbləğli kredit müraciəti və köçürmələr üçün bankın ondan təsdiq almadığını vurğulayıb. Bankların müştərilərinin qeyri-adi əməliyyatlarını izləmək və təhlükəsizlik tədbirlərini almaq öhdəliyində olduğunu qeyd edərək, borclu olmadığının tanınmasını, zərərin ödənməsini və 100 min TL mənəvi təzminat tələb edib.
Selda K. bankla əlaqə saxladıqda "bir şey edə bilməyəcəklərini, polisə müraciət etməli" olduğunu söylədiklərini, lakin bankın heç bir mərhələdə məsuliyyəti üzərinə götürmədiyini bildirib:
"Telefonum hacklənib, bank isə məni axtarmadan ‘öz şifrənizlə giriş etdiniz’ deyərək dərhal kredit verir. Mənim müştəri profilimdə belə məbləğlər yoxdur, üstəlik çox erkən saatda onlarla əməliyyat aparılıb. Bu pulları ödəmək imkanım da yoxdur, maaşımın dörddə birinə həbs qoyuldu. Dələduzlar məni aldadıb, indi də banka görə ikinci dəfə zərər çəkirəm."
Selda K.-nın vəkili Özge İrem Aksu isə həm cinayət şikayəti verdiklərini, həm də bank əleyhinə məhkəmə prosesi başladıldığını deyib:
"Müvəkkilim istifadə etmədiyi pulu ödəyir, həm maddi, həm də psixoloji olaraq böyük zərər çəkib. İlk məhkəməmiz 25 sentyabrda keçiriləcək. Bu işin müsbət nəticələnəcəyinə inanırıq, çünki qanun və dövlət vətəndaşın yanındadır. Oxşar emsal qərarlar da mövcuddur."
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1334 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabr