Qadın qonşusunun açarını gizlicə kopyalayaraq evdəki bütün qızılları oğurladı
Türkiyənin Samsun vilayətinin Atakum rayonunda 26 yaşlı qadın, qonşusunun ev açarını gizlicə kopyalayaraq 1 milyon 700 min lirə dəyərində qızıl zinət əşyası oğurlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Atakent məhəlləsində baş verib. Zərərçəkən Enes B. (33) və həyat yoldaşı Özge B. (33) evlərində saxladıqları bilərzik, qram qızıl, çeyrek qızıl və brilliant üzük kimi ümumi dəyəri 1 milyon 700 min lirə olan zinət əşyalarının oğurlandığını müəyyən edərək 5 avqustda polisə müraciət ediblər.
Cütlük, sonuncu dəfə 20 iyulda qızılları yoxladıqlarını, 28 iyula qədər isə səkkiz gün evdə olmadıqlarını bildirərək, oğruluğun bu müddət ərzində baş verdiyini qeyd edib.
Atakum Rayon Polis İdarəsinin əməkdaşları araşdırma nəticəsində oğurluğun, zərərçəkənlərlə eyni binada yaşayan və yaxın qonşuluq münasibətləri olan N.G. (26) adlı qadın tərəfindən törədildiyini müəyyən ediblər. N.G.-nin qonşusunun ev açarını açar ustasında kopyalatdığı, bu yolla evə daxil olaraq qızılları oğurladığı ortaya çıxıb.
Şübhəlinin evində aparılan axtarış zamanı oğurlanan zinət əşyalarının yalnız kiçik bir hissəsi tapılıb. Qalan qızılların isə satılaraq 1 milyon 300 min lirəlik yeni avtomobil alındığı məlum olub. Təqsirini etiraf edən və peşman olduğunu bildirən N.G., Recep Tokur Polis Mərkəzindəki ifadəsinin ardından Samsun Ədliyyəsinə göndərilib.
Qadın qonşusunun açarını gizlicə kopyalayaraq evdəki bütün qızılları oğurladı
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1229 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabr