"Xüsusi icra məmurları haqqında" Qanun qəbul edildi
"Xüsusi icra məmurları haqqında" Qanun qəbul edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyir.
Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.
Xüsusi icra sistemi Azərbaycanın inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.
Sənədə əsasən, Xüsusi İcra Məmurlarının Reyestri aparılacaq.
Qanunda qeyd edilib ki, reyestr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Reyestrdə xüsusi icra məmuru barədə aşağıdakı məlumatlar əks etdirilir:
- xüsusi icra məmurunun soyadı, adı, atasının adı,
- xüsusi icra məmurunun doğum tarixi (gün, ay, il), fotoşəkli;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- bank hesab nömrələri;
- ofisinin ünvanı;
- əlaqə üçün məlumatlar (telefon nömrəsi, elektron poçt ünvanı);
- şəhadətnamənin və xidməti vəsiqənin verildiyi tarix və nömrəsi;
- peşə məsuliyyətinin sığortası müqaviləsinin rekvizitləri, müddəti və sığortaçı barədə məlumatlar,
- fəaliyyəti dayandırıldığı hallarda, bu barədə məlumat (fəaliyyətin nə vaxt və kim tərəfindən dayandırılması);
- şəhadətnamənin ləğv edildiyi hallarda, bu barədə məlumat (şəhadətnamənin ləğv edildiyi tarix və əsası)
- intizam məsuliyyətinə cəlb edildiyi hallarda, bu barədə məlumat (intizam tənbehinin növü, nə vaxt və kim tərəfindən verilməsi);
- köməkçisinin (olduğu halda) soyadı, adı, atasının adı;
- xüsusi icra məmurunun reyestrə daxil edildiyi tarix və reyestr nömrəsi.
Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurları barədə məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş məlumatlar açıq informasiyaya aiddir, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və daim yenilənir. Xüsusi icra məmurları reyestrdə onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verməlidirlər. Məlumatlarda dəyişikliklər olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların təqdim olunduğu gündən sonrakı iş günündən gec olmayaraq yenilənməsi təmin edilməlidir.
Dövlətimizin başçısı "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi