Yolu keçmək istəyən şəxs avtomobilin vurması nəticəsində həyatını itirdi
Adıyaman–Gölbaşı avtomobil yolunda baş verən ağır qəza bir nəfərin ölümü ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə, Şanlıurfa Yol Ayrımı Qovşağı yaxınlığında qeydə alınıb. 36 yaşlı İmam Çiçek, 63 FB 915 dövlət nömrə nişanlı avtomobilini yol kənarına park edərək qarşı tərəfdə yerləşən yanacaqdoldurma məntəqəsinə piyada keçmək istəyib.
Bu zaman Adıyaman istiqamətindən Gölbaşı istiqamətinə hərəkət edən 02 AFR 386 nömrəli minik avtomobili İmam Çiçəkə çarpıb. Qəza anı təhlükəsizlik kamerasına anbaan əks olunub. Hadisə zamanı yoldan keçən digər avtomobillər də həm qəza edən maşına, həm də yerdə yatan İmam Çiçəkə dəyməmək üçün çətinliklə dayanıb.
Ağır yaralanan İmam Çiçəkə hadisə yerində tibbi yardım göstərilib və o, şəhər mərkəzində yerləşən özəl xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Çiçək həyatını itirib. Onun cənazəsi Adıyaman Təhsil və Araşdırma Xəstəxanasının morquna yerləşdirilib.
Qəza yerində olan İmam Çiçəkə məxsus avtomobil və hadisəyə qarışan digər maşın jandarma tərəfindən araşdırıldıqdan sonra yoldan götürülüb. Hadisə ilə bağlı istintaq başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1039 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücü öldü, maşındakı badımcanlar kanala səpələndi - Video
Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" "Shimal.News"a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında "DAF" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürüc
7 iyulAtası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərin
6 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyulLisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı
ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini
6 iyulAzərbaycanda hərbi qulluqçu VƏFAT EDİB - FOTO
Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərə
5 iyulEvdə qalsa oğurlanar dediyi qızıllarını bazarda oğurladılar - VİDEO
Türkiyənin Adana şəhərində bazara alış-verişə gedən suriyalı Meryem El Muhammed evdə oğurlanacağından ehtiyat etdiyi üçün özü ilə gəzdirdiyi 400 qram qızılı oğurlatdırıb. xəbər verir ki, Suriyadakı müharibədən qaçaraq 17 il əvvəl Adanaya köçən qadın ailəsi ilə birlikdə gələn ay vətəninə qayıtmağı planlaşdırırmış
3 iyulÖlkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyul