"Paşinyan əslində etiraf edir ki, Qarabağ mövzusu Ermənistan daxilində siyasi alət kimi istifadə olunub" - ŞƏRH
"Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz".
Sonxeber.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.
Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub.
O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.
"Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır".
"Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinə dair açıqlaması ilk növbədə onun siyasi reallığı qəbul etdiyini göstərir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsamyılov deyib:
"Paşinyan illərdir Ermənistan cəmiyyətinə yalan ümidlər bəsləyən revanşist qüvvələrə açıq mesaj verir. Paşinyan əslində etiraf edir ki, Qarabağ mövzusu Ermənistan daxilində siyasi alət kimi istifadə olunub. Bu, Ermənistan müstəqilliyinin inkişafına ən böyük maneə kimi təqdim olunur. Baş nazirin "xalq inqilab etmədi, çünki Qarabağ məsələsi bağlanmadan sülh ola bilməzdi" deməsi bir siyasi manipulyasiya cəhdi olsa da, arxasında reallıq dayanır. Ermənistan artıq Qarabağ mövzusunda hərbi-siyasi iddialarını itirib. Paşinyan bununla özünə legitimlik qazandırmaq istəyir – yəni, guya o, cəmiyyətin iradəsini ifadə edir. O, Qarabağı tərk etmiş ermənilərin geri dönüşünü qeyri-real saymaqla faktiki olaraq Azərbaycanın suverenliyini tanıyır. Bu, onun əvvəlki ritorikasından fərqli olaraq daha praqmatik yanaşmadır. Paşinyan başa düşür ki, regionda yeni reallıq yaranıb və buna qarşı çıxmaq Ermənistanı daha da təcrid edəcək. Həmçinin, o, beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, Ermənistan artıq sülh gündəminə sadiqdir. Amma burada daxili auditoriyaya da mesaj var: Qarabağ məsələsi bağlanıbsa, Ermənistanın yeni istiqaməti dövlət quruculuğu olmalıdır. Bu, həm də revanşist müxalifətin mövqelərini zəiflətmək cəhdidir. Çünki Paşinyan yaxşı bilir – Qarabağ kartı olmadan müxalifət elektoratı səfərbər edə bilmir. O, könüllü qayıdış məsələsini qapadaraq, mövzuya son qoymaq istəyir. Bununla yanaşı, Paşinyan öz xalqını beynəlxalq dəstək və inteqrasiyaya yönləndirməyə çalışır. Lakin Ermənistan daxilində bu mövqenin ciddi narazılıqlar doğuracağı da istisna deyil. Paşinyanın açıqlamaları həm realist, həm də siyasi gediş kimi qiymətləndirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi