Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə

Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəməBakı məhkəmələrinin birində film ssenarisini xatırladan cinayət işi araşdırılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, real hekayənin qəhrəmanları keçmiş nişanlılardır.

Onların "Instagram"da başlayıb nişan mərasimində dramatik sonluqla bitən münasibəti sonda cinayətə çevrilib. Münasibətlərin pozulma səbəbi isə yeni qohumların nişan mərasimi xərclərinin birlikdə ödənilməsinə razılaşmamaları olub.

23 yaşlı Elnurla 19 yaşlı Səbinə (bütün adlar şərti) arasında aşağı büdcəli restoranların birində nişan mərasimi keçirilib. Məclisin sonunda məkan sahibi nişan tədbiri üçün ümumilikdə 1570 manat ödənilməli olduğu barədə cütlüyün valideynlərini məlumatlandırıb. Oğlanın anası hesabın yarı-yarıya ödənilməsini təklif etsə də, qızın anası razılaşmayıb. O israr edib ki, bütün xərci oğlan evi ödəməlidir.

Bu məsələ valideynlər arasında böyük mübahisə yaradıb. İş o yerə gəlib çıxıb ki, cütlük elə restoranda münasibətlərini pozub, nişan üzüklərini qaytarıblar. Qızın anası polisə şikayət edəndən sonra oğlan tərəf hesabı bağlayıb.

Həmin gecə nişan pozulsa da, Elnur qızın və anasının hərəkətlərini, ən əsası isə 1570 manatı tək ödəmələrini qarşı tərəfə bağışlamayıb. O, hadisədən iki gün sonra keçmiş nişanlısına zəng edərək restoran üçün verdiyi pulu geri qaytarmasa, onu şəkilləri ilə hədələyib. Belə olan halda qohum-əqraba arasında biabır olacağını düşünən qız keçmiş nişanlısının tələb etdiyi 1570 manatı ona verib.

Səbinənin anası çox keçməmiş bu məsələdən xəbər tutub, dərhal polisə müraciət edib. Araşdırma nəticəsində Elnur cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin sonuna kimi nəzarət şərti ilə azadlıqda qalmasına qərar verilib.

Məhkəmədə Səbinə baş verənləri danışıb və keçmiş nişanlısının onu şantaj edərək pul aldığını təsdiqləyib.

Elnur özü də ittihamı qəbul edib. İfadəsində işi bu yerə gətirib çıxaran anlaşmadan da danışıb: "Əslində nişan xərcləri qız tərəfdən qarşılanmalıdır. Amma Səbinənin ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Buna görə razılaşdıq ki, qız evinin qohumlarının nişan xərclərini qız tərəfi, oğlan evinin qohumlarının nişan xərclərini də oğlan tərəfi ödəsin. Amma nişan günü Səbinənin anası bu şərti pozdu. Bütün hesabı bizə ödətdirdi. 1570 manatdan əlavə, nişan üçün əlavə 2 min manat xərcləmişəm. Bütün bunlara baxmayaraq, etdiyim əməldən peşmanam. Səbinəni şantaj etməməli idim".

Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb. Hökmə əsasən, Elnur hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan müttəhim məhkəmə zalında həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1486   Tarix: 19 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr