17 milyonluq Ferrari ilə test sürüşünə çıxan usta qəzaya düşdü - VİDEO
İstanbulun Böyükçəkməcə rayonunda təxminən 17 milyon türk lirəsi dəyərindəki Ferrari markalı avtomobili test sürüşünə çıxaran usta qəza törədib. Avtomobil sığortalı olmadığından, zərərin qarşılanmasını usta öz üzərinə götürəcəyini bildirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 15:30 radələrində E-5 magistralında baş verib. Müştərinin Ferrarisini yoxlamaq üçün test sürüşünə çıxan usta Hakan Yılmaz, yolun sürüşkən olması səbəbindən idarəetməni itirib və avtomobili körpü dirəyinə çırpıb. Nəticədə nəqliyyat vasitəsi istifadəyə yararsız hala düşüb.
Qəza ilə bağlı danışan Hakan Yılmaz bunları deyib:
"Avtomobil bizə alt diffuzorun düşməsi və külək səsi ilə bağlı şikayət əsasında gətirilmişdi. Müştərinin diffuzor montajını tamamladıqdan sonra test sürüşünə çıxmağımız lazım idi. Çünki bu tip avtomobillərdə pəncərə çərçivəsi olmur və külək səsini ancaq hərəkət zamanı eşidib tənzimləmək mümkündür. Sınaq üçün çıxdıq, dönüş zamanı təxminən 80 km sürətlə gedərkən qəfil qaz verdik və yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək körpü dirəyinə çırpıldıq. Avtomobilin kaskosu yoxdur, zərəri biz qarşılayacağıq. Çox şükür ki, canımıza heç nə olmadı".
O, sosial mediada özünə qarşı yazılan mənfi rəylərə də münasibət bildirib:
"Sosial şəbəkələrdə çoxlu yanlış məlumat yayılıb. Test sürüşünə çıxmağımız tamamilə normaldır. Biz yüksək sinif avtomobillərlə işləyirik və müştərilərimizin istəyinə uyğun olaraq testlər aparırıq. Testdən sonra isə təmir mərhələsinə keçiririk".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1197 Tarix: 19 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabr