Ərini qətlə yetirib cəsədini 9 ay gizlədən qadın həbs edildi
Türkiyədə Konyanın Meram rayon Polis İdarəsinin Cinayətlərin Qarşısının Alınması və İstintaq Şöbəsi əməkdaşları Dere məhəlləsində şübhəli hərəkətləri olan bir qadını saxlayıblar.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadının təqdim etdiyi başqa adla düzəldilmiş köhnə tipli şəxsiyyət vəsiqəsinin saxta olduğu müəyyənləşdirilib. Barmaq izi yoxlanıldıqdan sonra onun Fatma Sungur olduğu ortaya çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Fatma Sungur 2007-ci ilin iyun ayında Kırıkkalede həyat yoldaşı Özgür Sunguru evində tapança ilə qətlə yetirib, cəsədini isə qoxunun yayılmaması üçün 9 ay boyunca hamamda vannada, naylona bükülü vəziyyətdə saxlayıb.
Həmin dövrdə "Qəsdən yaxın qohumu öldürmək" ittihamı ilə həbs edilən Fatma Sungurun bir müddət əvvəl Denizli Çardak Açıq Həbsxanasından qaçdığı məlum olub. Onun həmçinin "Məhkum və ya təqsirləndirilən şəxsin qaçması" və "iftira" maddələri üzrə də axtarıldığı, ümumilikdə isə 18 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının olduğu müəyyən edilib.
Fatma Sungur polis tərəfindən saxlanılıb, istintaq prosedurlarından sonra məhkəməyə göndəriləcəyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 904 Tarix: 19 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? - FOTO
Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb. Yeni Sabah-a istinadən xəbər verir ki, adı "AİD Group"la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur. O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyTİ (IT
8 avqustBoşanma mərhələsində olan cütlüyün mübahisəsi gündəm oldu - VİDEO
İstanbulun Esenyurt rayonunda boşanma mərhələsində olan cütlük arasında uşaqların təhvil verilməsi zamanı mübahisə yaşanıb. Serra Biber adlı qadın hadisə zamanı həyat yoldaşının ona ağır təhqirlər etdiyini iddia edərək görüntüləri sosial mediada paylaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni
19 avqustXƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
15 avqustTaksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb
Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
8 avqustİmişlidə ağır qəza - Ölən var
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Tural Xəlilovun idarə etdiyi "VAZ"
15 avqust"Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…
Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib. O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb. Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağas
8 avqust16 yaşlı qız hamilə qaldı, anası cərimələndi
Ukraynanın Lvov vilayətində məhkəmə 16 yaşlı qızının yetkinlik yaşına çatmayan oğlandan hamilə qalmasına görə ananı valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirli bilib. yerli mediaya istinadən xəbər verir ki, polis qızın anası barədə inzibati protokol tərtib edib. Məhkəmə qənaət
16 avqustİmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin
15 avqustSilahla oynayarkən yaralanan 16 yaşlı yeniyetmə öldü
Türkiyənin İzmir vilayətinin Tire rayonunda evdə silahla oynayarkən tapançanın təsadüfən atəş açması nəticəsində qarnından güllə yarası alan 16 yaşlı Yiğit Can Bişkin həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Tire rayonunun İsmail Taşlı küçəsində yerləşən evdə baş verib. Məlumat
19 avqust