Evin zirzəmisində tüp partladı: 2 nəfər yaralandı
Konyada 2 mərtəbəli evin zirzəmisində yerləşən emalatxanada tüp partlaması nəticəsində 2 nəfər xəsarət alıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində mərkəz Meram rayonunun Hatıp məhəlləsi, Refik küçəsində yerləşən 2 mərtəbəli evdə baş verib. Məlumata görə, evin zirzəmisindəki emalatxanada Murat Ö. və adı hələ öyrənilməyən dostu oturarkən qəfil tüp partlayıb.
Partlayış səsindən sonra ətraf sakinlərin verdiyi məlumat əsasında hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər emalatxanada yaranan kiçik yanğını qısa müddətdə söndürüblər.
Tibbi yardım briqadası isə Murat Ö. və dostuna ilkin müdaxilə edib. Yaralılar daha sonra təcili yardım maşını ilə Konya Şəhər Xəstəxanasına aparılıb. Onların həyatının təhlükədə olmadığı bildirilib.
Polis əməkdaşları hadisə yerində genişmiqyaslı araşdırma aparıb. Partlayışın səbəbi isə aparılacaq ekspertiza sonrası dəqiqləşəcək. Hadisə ilə bağlı istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 518 Tarix: 21 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zərdabda su arxında meyit tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm
5 iyulŞirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO
Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund
7 iyulQonaq gözləyən ailənin evinə ilan gəldi - VİDEO
Türkiyənin Hakkari vilayətinin Derecik rayonunda qonaq gözləyən ailənin evinə ilan daxil olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Başkaya məhəlləsində baş verib. Sönmez ailəsi evdə qonaq qarşılamaq üçün hazırlıq görərkən, isti hava səbəbindən otaqları havalandırma
7 iyulAzərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
4 iyulAtası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərin
6 iyulZaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
4 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyul