"Azərbaycan, Özbəkistan və Türkmənistan əlaqələri ortaq tarixi köklərə, dini dəyərlərə və mədəni irsə dayanır" - DEPUTAT

"Azərbaycan, Özbəkistan və Türkmənistan əlaqələri ortaq tarixi köklərə, dini dəyərlərə və mədəni irsə dayanır" - DEPUTAT"Cənab Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri, səfər çərçivəsində Azərbaycan, Özbəkistan və Türkmənistan liderləri arasında yüksəksəviyyəli görüşün keçirilməsi dövlətlərarası münasibətlərimizin kəmiyyət və keyfiyyət göstəriciləri baxımından yeni müstəviyə yüksəlməsinin göstəricidir. Avazda səsləndirilən fikirlər və birgə bəyanat üçtərəfli əlaqələrin gələcək konturlarının dəqiq xəritəsi idi" - bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:

"Azərbaycan, Özbəkistan və Türkmənistan əlaqələri ortaq tarixi köklərə, dini dəyərlərə və mədəni irsə dayanır. Rəsmi Aşqabad və Daşkənd 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin bərpasında öz dəstəyini nümayiş etdirir. Bütün bunlar məhz qardaşlıq bağlarımızın təcəssümüdür. Möhtərəm cənab Prezident İlham Əliyev çıxış zamanı göstərilən doğma münasibəti xüsusi olaraq vurğuladı və bu addımları xalqımızın yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.

Bilindiyi kimi qlobal ticarət və nəqliyyat maşurtlarında köklü dəyişikliklər baş verir və Cənubi Qafqaz- Orta Asiya xətti müsbət kontekstdə yeni geoiqtisadi çağırışlarla qarşı-qarşıyadır. Azərbaycan unikal və strateji əhəmiyyətli mövqeyi ilə yeni tranzit paradiqmaları formalaşdırır. Xüsusilə, avqustun 8-də Zəngəzur dəhlizi ilə bağlı taleyüklü razılaşmanın əldə olunması ölkələrimiz üçün əvəzsiz fürsətlər yaradır və Türkmənistanla Özbəkistanın Avropa bazarlarına çıxışını asanlaşdırır. Bu mənada ölkə başçısı Cənab İlham Əliyevin bəyanatdakı vurğuları logistika arxitekturasının mərkəzində Azərbaycanın dayandığını bir daha nümayiş etdirdi. Məhz dövlət başçımızın liderliyi və uzaqgörənliyi sayəsində ölkəmiz nəqliyyat, enerji, sənaye kimi sahələrdə üçtərəfli tərəfdaşlığı təmin edən aprıcı qüvvəyə çevrilib.

Cənab Prezidentində qeyd etdiyi kimi, ölkələrimiz ikitərəfli müstəvidə uğurlu əməkdaşlıq mühiti formalaşdırmağı bacarıb və eyni rasional yanaşma ilə üçtərəfli tərəfdaşlıq modelini inkişaf etdirmək üçün geniş perspektivlər mövcuddur.
Liderlərin görüşündə əsasən limanların böyüdülməsi, nəqliyyat yollarının davamlı işləməsi, Türkmənbaşı ilə Bakı limanlarını və Ələt azad iqtisadi zonasını birləşdirən xəttin inkişafı, həmçinin Orta Dəhlizə qoşulmanın uyğunlaşdırılması müzakirə olunub. Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri və üçtərəfli formatın təşkili özünün məhsuldarlığı ilə uzun müddət ölkələrimizin tərəqqisinə stimul olacaq".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 973   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021