Bu 3 ifadəni işlətməyin - Uğurlarınız artacaq

Bu 3 ifadəni işlətməyin - Uğurlarınız artacaqSözlər düşüncəmizi formalaşdırır. Onlar ya bizi məhdudlaşdıra, ya da yeni üfüqlər aça bilərlər. Söhbət yalnız başqaları ilə ünsiyyətdən getmir, insanın özü ilə apardığı daxili dialoq da az rol oynamır. İş prosesləri üzrə yazıçı və tədqiqatçı Daniel Pink vurğulayır: bəzən sadəcə bir ifadədəki sözü dəyişmək kifayətdir ki, vəziyyəti başqa rakursdan görəsən və əvvəllər mümkünsüz görünən həll yolunu tapasan.

Lent.az xarici mediaya istinala xəbər verir ki, bu fikri neyrobioloqlar da təsdiqləyirlər.

1. "Məcburam" əvəzinə — "Mümkün ola bilər"

"Mən nə etməliyəm?" ifadəsi bir əmr kimi səslənir. O, seçim imkanlarını daraldır və yalnız bir düzgün variantın mövcud olduğu hissini yaradır. Tamamilə başqa məna daşıyan sual isə — "Mən nə edə bilərdim?". Bu sözlər seçim üçün məkan açır, azadlıq hissi yaradır və yeni ideyalar, inkişaf yolları axtarmağa sövq edir.

2. "Mən etməliyəm" əvəzinə — "Mənim üçün imkan yaradılıb"

Neyrobioloq Coş Devis məsləhət görür ki, diqqəti məcburiyyətdən imtiyaza yönəldin. Özünüzə "mən sabah çıxış etməliyəm" deməkdənsə, "mənə sabah çıxış etmək imkanı verilib" deyin. Hətta gündəlik işlərə də fərqli yanaşmaq olar. Məsələn, müasir şəhərdə zibili atmaq yorucu öhdəlik deyil, əksinə, rahat infrastrukturun nəticəsidir. Yenidən formalaşdırılmış fikir təzyiqi minnətdarlıq hissinə çevirir.

3. "Bacar mıram" əvəzinə — "Hələ bacarmıram"

Cəmi bir kiçik söz bütün mənanı dəyişir. "Mən bunu bacarmıram" ifadəsi bir məğlubiyyət kimi səslənir. Amma "mən bunu hələ bacarmıram" sözləri artıq inkişaf siqnalıdır: siz öyrənirsiniz, sınayırsınız, həll yolu axtarırsınız. Bu kiçik əlavə zaman perspektivi yaradır və dayanmağa imkan vermir.

Nəticə: uğur çox vaxt xırda detallardan başlayır. Sözləri dəyişməklə reallığı qəbul etmə formamızı dəyişirik, bununla da davranışlarımızı. Cəmi bir gün ərzində bu üç sözdən şüurlu şəkildə qaçınmağa çalışın — və görəcəksiniz ki, irəliləmək nə qədər asan olur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 882   Tarix: 28 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr