Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİMütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar.

Lent.az xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Ellison Brager bildirib ki, qış aylarında orqanizmin fizioloji olaraq daha çox yuxuya ehtiyacı yarana bilər. Bunun əsas səbəblərindən biri gündüz saatlarının azalmasıdır. Bundan əlavə, soyuq havada bədən temperaturunu sabit saxlamaq üçün orqanizm daha çox enerji sərf edir.

Həkimlərin sözlərinə görə, payız və qış aylarında orqanizm sirkadiyal ritmlərdə baş verən dəyişikliklərə də uyğunlaşmalı olur. İşıq daxili bioloji saatın tənzimlənməsində mühüm rol oynayır. Səhər işığı beyinə günün başladığı barədə siqnal verir, işığın kifayət qədər olmaması isə oyanmağı çətinləşdirə bilər. Mütəxəssislər səhərlər daha rahat oyanmaq üçün aşağıdakı üsulları tövsiyə edirlər.

1. Səhər daha çox işıq alın

Günəş işığı oyaqlıq rejiminin əsas tənzimləyicilərindən biridir. Lakin payız və qış aylarında səhərlər hava çox vaxt qaranlıq olduğundan mütəxəssislər parlaq işıq mənbəyindən istifadə etməyi məsləhət görürlər. Məsələn, işıq terapiyası üçün nəzərdə tutulan xüsusi lampalardan istifadə etmək olar.

2. Yatmazdan əvvəl ekranlardan uzaq durun

Smartfon, planşet, noutbuk və televizor orqanizmin yuxuya hazırlaşmasına mane ola bilər. Buna görə də axşam saatlarında ekran qarşısında keçirilən vaxtı azaltmaq, xüsusilə də telefon və digər cihazların yuxuya getmə vaxtını gecikdirməsinə imkan verməmək tövsiyə olunur. Telefonla məşğul olmaq əvəzinə kağız kitab oxumaq və ya sakitləşdirici başqa fəaliyyətlə məşğul olmaq daha yaxşı seçim ola bilər. Yataq otağında da keyfiyyətli yuxu üçün uyğun şərait yaradılmalıdır. Otağın sərin, qaranlıq və sakit olması məsləhətdir.

3. Axşam nə yeyib-içdiyinizə diqqət edin

Kofein və alkoqol yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər. Buna görə də mütəxəssislər yatmazdan bir neçə saat əvvəl bu içkilərdən istifadə etməməyi tövsiyə edirlər. Həmçinin yatağa uzanmazdan dərhal əvvəl ağır yeməklər yemək məsləhət görülmür.

4. Özünüzü yataqdan qalxmağa məcbur edin

Əgər səhərlər zəngli saatı davamlı olaraq təxirə salırsınızsa, bunu özünüz üçün bir qədər çətinləşdirə bilərsiniz. Məsələn, telefonu və ya zəngli saatı yataqdan uzaqda saxlamaq olar. Belə olduqda zəngi söndürmək üçün fiziki olaraq yataqdan qalxmalı olacaqsınız. Bu üsul orqanizmin yuxu vəziyyətindən oyaqlığa daha tez keçməsinə kömək edə bilər.

5. Sabit yuxu rejiminə əməl edin

Mövsümi dəyişikliklərə uyğunlaşmağın ən vacib yollarından biri hər gün təxminən eyni saatda yatmaq və oyanmaqdır. Sabit rejim sirkadiyal ritmlərin qorunmasına kömək edir. Buna görə mütəxəssislər yatmaq üçün əvvəlcədən müəyyən vaxt təyin etməyi və hətta gecə istirahətinə hazırlaşmaq üçün ayrıca xatırlatma qurmağı məsləhət görürlər.

Sağlamlıqla bağlı digər məlumatlar

Daha əvvəl bildirilib ki, nahardan sonra mütəmadi olaraq yuxululuq, "beyin dumanı" və diqqəti toplamaqda çətinlik yaranırsa, bunun səbəbi qidalanma ilə bağlı ola bilər. Üç dietoloq gün ərzində enerji səviyyəsini sabit saxlamağa kömək edən üsullardan danışıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 445   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Marsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb

Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"

20 noyabr