Moskvada həbs edilən azərbaycanlı Məmmədəli Ağayev KİMDİR? - DOSYE

Moskvada həbs edilən azərbaycanlı Məmmədəli Ağayev KİMDİR? - DOSYERusiyada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Hüseyn oğlu Ağayev 3 sentyabr 1952-ci ildə Naxçıvan MR Babək rayonu Qaraxanbəyli kəndində anadan olub.

Ölkə.az xəbər verir ki, Məmmədəli Ağayev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və 1974-cü ildə həmin ali məktəbi bitirib.

O, əmək fəaliyyətinə 1975-1979-cu illərdə Naxçıvan Musiqili Dram Teatrının baş redaktoru kimi başlayıb. Daha sonra fəaliyyətini Rusiyada davam etdirib.

Beləliklə, Məmmədəli Ağayev:
1979-1981-ci illərdə Moskva Akademik Satira Teatrının stajyor-direktoru;
1981-1984-cü illərdə Moskva N.V. Qoqol Teatrının baş inzibatçısı;
1984-1985-ci illərdə N.İ. Satsın rəhbərliyi ilə Moskva Dövlət Uşaq Musiqili Teatrının baş inzibatçısı;
1985-ci ilin iyun ayından Moskva Akademik Satira Teatrının baş inzibatçısı, direktor müavini, idarəedici direktoru işləyib.
1992-2021-ci illərdə Moskva Akademik Satira Teatrının direktoru olub.

Armen Ciqarxanyanın rəhbərliyi ilə Moskva Dram Teatrının birləşməsi və Sergey Qazarovun birləşmiş teatra bədii rəhbər təyin edilməsindən sonra o, öz istəyi ilə bu vəzifədən gedib.

Ağayev fəaliyyəti dövründə Rusiyada bir çox fəxri adlara və mükafata da layiq görülüb.

1995-ci ildə RF Əməkdar mədəniyyət işçisi, 2018-ci ildən isə RF əməkdar artistidir.
1999-2000-ci illər mövsümü üçün "Ən yaxşı rejissor" nominasiyasını qazandığı üçün "Moskovski Komsomolets" qəzetinin redaksiya heyəti tərəfindən mükafatlandırılıb.
2002-ci ildə Moskva rəhbərliyinin Fəxri Diplomu;
2003-cü ildə İkinci dərəcəli "Vətənə xidmətə görə" medalı;
2012-ci ildə "Dostluq" ordeni (Rusiya);
2017-ci ildə "Dostluq" ordeni (Azərbaycan);
2020-ci ildə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1035   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Stres oyuncağı partladı: 11 yaşlı uşağın ayağında ikinci dərəcəli yanıq yarandı - VİDEO

Ankarada imtahan uğuruna görə hədiyyə edilən stres oyuncağı 11 yaşlı Furkan Seçkinin əlində partlayıb. xarici mediaya istinadla xəbər verir ki, oyuncağın içindəki gelin uşağın dərisinə təmas etməsi nəticəsində ayağında ikinci dərəcəli yanıq və qızartı yaranıb. Hadisədən sonra xəstəxanaya aparılan Furkanı

29 sentyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr