Polis maşınına çırpılan tırdan narkotik tapıldı - VİDEO
İstanbulun Çekmeköy rayonunda yerləşən Kuzey Marmara Otoyolu’nda TIR-ın sürücüsü idarəetməni itirərək nəzarət-buraxılış məntəqəsindəki polis avtomobilinə çırpılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 11:30 radələrində Hüseynli gişələrinin çıxışında baş verib. 34 R 0717 dövlət qeydiyyat nişanlı TIR sürücünün sükan arxasında idarəetməni itirməsi ilə nəzarət məntəqəsindəki jandarma avtomobilinə çırpılıb. Toqquşmanın gücündən jandarma avtomobili savrularaq su kanalına düşüb. Hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralı 5 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Su kanalına düşən jandarma avtomobili isə xüsusi texnika ilə çıxarılıb.
Qəza anı təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə TIR-ın yüksək sürətlə hərəkət edərək beton arakəsməyə çırpıldığı, daha sonra nəzarət məntəqəsindəki jandarma avtomobilinə dəyərək onu yoldan çıxardığı əks olunub.
Daxili İşlər naziri Ali Yerlikaya hadisə ilə bağlı sosial media hesabında açıqlama verib. Nazir bildirib ki, saxlanılan sürücü Y.Ö.-nün idarə etdiyi TIR-da aparılan axtarış zamanı narkotik maddə aşkarlanıb, həmçinin sürücünün tibbi yoxlamasında da narkotik istifadəsi təsdiqlənib:
"İstanbul Çekmeköydə Hüseynli gişələrində və jandarma avtomobilimizə çarpan TIR ilə bağlı aparılan araşdırmalarda sürücü Y.Ö. saxlanılıb, nəqliyyat vasitəsində bir miqdar narkotik maddə tapılıb. Sürücünün analizində də narkotikdən istifadə etdiyi müəyyən olunub. Qəza zamanı yaralanan Uzman Jandarma Kademeli Çavuş Hasan Doğan və Uzman Çavuş Mustafa Karahaliloğlu başda olmaqla, bütün yaralılara şəfa diləyirəm. Yol hər birimizin həyat məkanıdır, sükan arxasında olan hər kəs böyük məsuliyyət daşıyır. Ölkəmizdə yol hərəkəti mədəniyyətini möhkəmləndirmək üçün işlərimizi qətiyyətlə davam etdirəcəyik"
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 984 Tarix: 29 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabr