Salyanda avtomobil kanala aşdı: Ölən və xəsarət alanlar var

Salyanda avtomobil kanala aşdı: Ölən və xəsarət alanlar varSalyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Şorsulu kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonu, Şorsulu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar qəza yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb və avtomobildə 3 nəfər sıxılmış vəziyyətdə qalıb. Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər sağ çıxarılıb, 1 nəfərin meyiti isə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 1991-ci il təvəllüdlü Həsən Rafət oğlu Rüstəmov, 1976-cı il təvəllüdlü Taleh Əkbər oğlu Məhərrəmov, eləcə də Salyan şəhər sakinləri - 2006-cı il təvəllüdlü Lalə Fikrət qızı Yaqubova, 2023-cü il təvəllüdlü Miryusif Mirəli oğlu Əhmədov, 1958-ci il təvəllüdlü Bəsirə Sabir qızı Yaqubova xəsarət alıblar. Hadisə zamanı Xalidə Sabir qızı Yaqubova ölüb.

Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 635   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tısbağanı ayağı ilə əzib öldürən qadın saxlanıldı - VİDEO

Türkiyənin Zonguldak vilayətinin Ereğli rayonunda tısbağanı ayağındakı çəkmə ilə əzərək öldürdüyü görüntüləri sosial şəbəkələrdə yayılan Arzu S. (37) saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, sosial mediada yayılan görüntülərdə qadının evin içərisində tısbağanı təpiklərlə vurduğu və ayağındak

26 avqust
.

Tövlədə heyvanları yemləyərkən öldü

Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla

21 avqust
.

Braziliyalı sosial media fenomeni köpəkbalığı hücumuna məruz qaldı - VİDEO

Braziliyalı sosial media fenomeni və vəkil Tayane Dalazen iştirak etdiyi dalış turu zamanı 2 metrdən uzun köpəkbalığının hücumuna məruz qalıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə turistlər üçün təşkil olunan köpəkbalığı dalışı zamanı baş verib. 37 yaşlı Dalazen su altında olduğu anlarda ba

18 avqust
.

Toyda öldürülən İlkinin qatilinə bu cəza verildi

Ağdaşda keçirilən toy mərasimi zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1970-ci il təvəllüdlü Qadir Məmmədo

16 avqust
.

Kişi, qadın paltarı geyinib evlərə oğurluğa girdi - VİDEO

İstanbulun Sultangazi rayonunda qadın paltarı geyinərək 4 mərtəbəli binaya daxil olan kişi şübhəlinin ikinci mərtəbədəki boş mənzildən 4 bilərzik, 2 qram qızıl və nağd pul oğurladığı bildirilir. Binadan çıxarkən kişi olduğu üzə çıxan şübhəli məhəllə sakinlərinin onu təqib etməsi ilə qaçmağa başlayıb

27 avqust
.

Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video

Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "OUD Baku" restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, "Porsche", "Range Rover", 2 ədəd "BMW" və digər markalı avtomobillərə ciddi zərər dəyib

22 avqust
.

Boşanma mərhələsində olan cütlüyün mübahisəsi gündəm oldu - VİDEO

İstanbulun Esenyurt rayonunda boşanma mərhələsində olan cütlük arasında uşaqların təhvil verilməsi zamanı mübahisə yaşanıb. Serra Biber adlı qadın hadisə zamanı həyat yoldaşının ona ağır təhqirlər etdiyini iddia edərək görüntüləri sosial mediada paylaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni

19 avqust
.

Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ

Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu

22 avqust
.

Su anbarında kişi meyiti tapıldı

Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda yerləşən Göksu Su Anbarında kişi meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, dünən su anbarında bir şəxsin suda hərəkətsiz vəziyyətdə olduğunu görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Məlumatın ardından əraziy

18 avqust