Boya fabrikində kimyəvi zəhərlənmə: 1 işçi ölüb
Türkiyənin Tekirdağ vilayətinin Kapaklı rayonunda boya fabriki işçilərindən biri kimyəvi maddədən zəhərlənərək ölüb, digəri isə xəstəxanada müalicə altına alınıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Çerkezköy Organize Sənaye Zonasında fəaliyyət göstərən boya fabrikində baş verib. İşçilərdən Ferdi H. boya qazanına düşən bir parçanı götürmək üçün içinə girib. Qısa müddət sonra kimyəvi maddənin təsirindən zəhərlənən Ferdi H. huşunu itirib.
Onu elə vəziyyətdə görən M.D. də qazana girərək kimyəvi maddədən təsirlənib.
Hadisəni görən işçilərin xəbər verməsi ilə fabrikə polis, təcili tibbi yardım və AFAD xidməti göndərilib. Qrupların qazandan çıxardığı işçilər Çerkezköy Dövlət Xəstəxanasına çatdırılıb.
Ağır vəziyyətdə olan Ferdi H. xilas edilə bilməyib, M.D.-nin müalicəsi davam edir. Xəstəxananın Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) bölməsində önləyici tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 759 Tarix: 03 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyulBakıda ağır qəza - 1 nəfər ÖLDÜ
Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Sabunçu rayonunda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürüc
3 iyulQobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya
6 iyulÖlkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyul