İrəvanda qapalı görüş: bu gün Lavrov Nalbandyana QARABAĞLA BAĞLI nəyi əmr edəcək?

İrəvanda qapalı görüş: bu gün Lavrov Nalbandyana QARABAĞLA BAĞLI nəyi əmr edəcək?Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-də ölkəsinin Müdafiə Nazirliyində qapalı görüş keçirib.

Nalbandyan müdafiə naziri və ordu komandirlərinin suallarını cavablandırıb.

Görüş qapalı keçirildiyi üçün nələrin müzakirə edildiyi haqda məlumat verilmir.

Lakin Nalbandyanın Müdafiə Nazirliyində qapalı görüşdə iştirak etməsi iki kontekstdə diqqət çəkir.

Birincisi, Ermənistan xarici işlər naziri fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Ehtimal olunur ki, o, müdafiə nazirinə həmin görüşlə bağlı məlumat verib.

İkincisi, Nalbandyan bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşür. Məlumatlara görə, o, Lavrovla görüş öncəsi ordu rəhbərliyini məlumatlandırıb.

Burada maraqlı sual yaranır: niyə müdafiə naziri Viqen Sarkisyan xarici işlər nazirini qəbul edərək, ondan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri soruşur?

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək və bu seçkidən sonra ölkə parlament üsul-idarəsinə keçəcək. Serj Sarkisyanın səlahiyyətləri azaldılacaq. S.Sarkisyan rəhbərlik etdiyi Respublika Partiyasının seçki siyahısına rəhbərliyi müdafiə naziri Viqen Sarkisyana tapşırıb, özü isə ümumiyyətlə siyahıda yer almayıb. Münhen Təhlükəsizlik Konfransın Sarkisyanın öz əvəzinə müdafiə nazirini göndərməsi də bu baxımdan diqqət çəkdi. Hesab etmək olar ki, Sarkisyan Rusiyanın planı olan hazırkı baş nazir Karen Karapetyana qarşı Viqen Sarkisyanı alternativ namizəd kimi çıxarır və öz namizədini beynəlxalq səviyyədə təqdim etməyə cəhd göstərir. Nalbandyan da görüşləri ilə bağlı məhz prezident Sarkisyanın "varisi" olan Viqen Sarkisyanı məlumatlandırır.

Lakin "lragir" saytı yazır ki, Müdafiə Nazirliyində qapalı görüşün keçirilməsi ordu rəhbərliyinin Nalbandyana "ruh" vermək məqsədinə xidmət edib: "Azərbaycan xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünü təklif edir. Rəsmi Bakının təklifinə görə, münaqişənin nizama salınması istiqamətində aparılan danışıqları irəli aparmaq üçün Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada üçtərəfli formatda görüşüb, müzakirələr aparsınlar. Ermənistan buna razılıq vermir. Çünki ötən ilin təcrübəsi göstərdi ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli müzakirəsi Qarabağ məsələsində Ermənistanın maraqlarının müdafiəsiz qalmasına şərait yaradır. Belə görüşlərdən sonra adətən Rusiya münaqişəni Bakının tələbləri çərçivəsində həllinə razılıq verir. Güman ki, Lavrov bu gün Moskvada Nalbandyanı qəbul edərkən, sərt tonda onu üçtərəfli görüşə razı salacaq. Bu baxımdan, Moskvaya getməmişdən əvvəl ordu rəhbərliyi ilə görüş Nalbandyana "müqavimət" gücü vermək idi. Başqa, sözlə ordu Nalbandyana Moskvada güclü olmağı və Ermənistanın maraqlarının müdafiə etməyi başa salıb".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2209   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021